Загрузка...
Xəbər lenti

Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ağdamda vurulan erməni vertolyotu mövqelərimizə hücum edib”

12 Noyabr 2014 / 16:44 / Baxış sayı: 128
Font1 Font2 Font3 Font4

Azərbaycan Müdafiə Nazirliyi təmas xəttinin Ağdam istiqamətində Ermənistan ordusunun Mi-24 vertolyotunun silahlı qüvvələrimiz tərəfindən vurulmasına dair rəsmi məlumat yayıb.

Virtualaz.org Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, məlumatda vertolyotun Azərbaycan Ordusunun mövqelərinə hücum edərkən vurulduğu açıqlanıb.

Sitat: “Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirir. Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib. Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb”.

*  *  * 16:25 

Erməni tərəfi bu dəqiqələrdə təmas xəttinin Ağdam istiqamətində işğalçı qüvvələrin hərbi vertolyotunun Azərbaycan silahlı qüvvələri tərəfindən vurulduğunu təsdiqləyib.

Virtualaz.org xəbər verir ki, qondarma “DQR müdafiə nazirliyi”indən yayılan məlumatda deyilir ki, bu gün saat 13:45 radələrində təmas xəttinin şərq istiqamətində “təlim-məşq uçuşları zamanı” erməni ordusunun Mi-24 hərbi vertolyotu Azərbaycan ordusu tərəfindən vurulub. “Vertolyotun vurulduğu ərazi qoşunların təmas xəttinə çox yaxındır və hazırda düşmən vertolyotun düşdüyü ərazini müxtəlif çaölı silahlardan intensiv atəş altında saxlayır. Detallar araşdırılır” deyə işğalçı qüvvələrin komandanlığı bildirib.

*  *  * 15:53

Ermənistan ordusunun hərbi vertolyotunun vurulduğunu bu dəqiqələrdə “Trend” agentliyi də təsdiqləyib.

Agentliyin məlumatında deyilir ki, Ermənistan ordusunun hərbi vertolyotu Azərbaycanın hava sərhədini pozduğu üçün silahlı qüvvələrimiz tərəfindən vurulub.

Hüquq-mühafizə orqanlarından “Trend”-ə bildiriblər ki, bir neçə dəqiqə bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikası tərəfindən Azərbaycanın hava sərhədini pozan Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopter vurulub. Əraziyə Azərbaycan Silahlı Qüvvələrinin texnikası və şəxsi heyəti cəlb olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Trend”-ə faktı təsdiqləyiblər və bildiriblər ki, bununla bağlı rəsmi açıqlama veriləcək.

***

Azərbaycan Silahlı Qüvvələri bu gün təmas xəttinin Ağdam istiqamətində Ermənistan ordusunun vertolyotunu vurub.

Virtualaz.org xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumat cəbhə bölgəsindən daxil olub. Məlumata görə, bu dəqiqələrdə cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində hava sərhədini pozan Ermənistan tərəfinə məxsus vertolyot vurulub.

Vertolyot Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə düşüb və hazırda ərazidə tüstüləyir. Azərbaycanın Müdafiə Nazirliyindən faktı “Qafqazinfo”ya təsdiqləyiblər.

Virtualaz.org məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı ilə əlaqə saxlamağa çalışıb. Lakin V.Dərgahlının mobil telefonu söndürülmüşdü, Müdafiə Nazirliyinin mətbuat xidmətinin şəhər telefonu isə zənglərə cavab vermirdi.

Vertolyotun hansı şəraitdə vurulduğu haqda məlumat yoxdur. Qeyd edək ki, bu günlərdə Ermənistan silahlı qüvvələri və Qarabağdakı işğalçı erməni qüvvələri irimiqyaslı hərbi təlimlər keçirir. İstisna deyil ki, vurulan hərbi vertolyot da həmin təlimlərdə iştirak edirmiş.

Virtualaz.org

Mi- 24 helikopteri

Şərh əlavə edin

Yuxarı Geri Ana səhifə