Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MTN-dən “İŞİD-in Bakı bazası” barədə açıqlama
MTN-dən “İŞİD-in Bakı bazası” barədə açıqlama
12 Noyabr 2014 / 17:05 / Baxış sayı: 176
Font1 Font2 Font3 Font4

Bakıda İŞİD-çilərin “Baku Paintball Center”dəki atıcılıq meydanında hərbi baza yaratmaqları ilə bağlı yayılan məlumatlara münasibət öyrənmək üçün ANSPRESS Milli Təhlükəsizlik Nazirliyinə sorğu yollayıb.

Nazirliyin İctimai Əlaqələr Mərkəzindən sorğuya cavab olaraq bildirilib ki, yayılan informasiyaların heç bir əsası yoxdur.

“Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur”, – deyə nazirlikdən bildirilib.

*   *   *14:12

Bakıda İŞİD-çilərin yetişdirməsi barədə məlumat yayılıb. “Yeni Musavat”da dərc olunan məlumatda Bakı şəhərinin Keşlə qəsəbəsində yerləşən “Baku Paintball Center”dəki atıcılıq meydanında İŞİD-çi dəstələrinin formalaşdırıldığı iddia olunur.

Yayılan məlumatlara görə, günün müəyyən zamanlarında sələfi təriqətinin nümayəndələri mərkəzin atıcılıq meydanında təlim keçirlər. Beləliklə də onlar gələcək döyüşlərə hazırlaşırlar.

ANSPRESS məsələyə aydınlıq gətirmək üçün “Baku Paintball Center” ilə əlaqə yaradıb. Fikrət adlı şəxs yayılan məlumatların yalan olduğunu deyib.

“Elə şey olar ki, burada terrorçular məşq etsinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərsiz olsun? Yalan söhbətdir. Kimsə düşmənçilik məqsədilə belə xəbərlər yayır”, – deyə Fikrət bəy bildirib.

Sayt daha sonra Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb. Nazirlik rəsmisi bu barədə adıçəkilən qəzetdə oxuduğunu deyib. Lakin məsələyə münasibət bildirmək istəmədiyini də əlava edib.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə