Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ölkəmizi tanıyaq” devizi ilə Nərimanov rayon məktəblilərinin ölkə turu başa çatıb
“Ölkəmizi tanıyaq” devizi ilə Nərimanov rayon məktəblilərinin ölkə turu başa çatıb
12 Noyabr 2014 / 18:09 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Nərimanov rayonun məktəblilərinin Fizuli-Ağcabədi-Ağdam-Bərdə-Tərtər-Naftalan marşrutu üzrə – “Ölkəmizi tanıyaq” devizi ilə ölkə turu başa çatıb.

Qeyd edək ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 67 şəhər və rayondan 14 minə yaxın IX-XI sinif şagirdini əhatə edəcək “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində 2014-cü ilin 9 noyabr tarixində Nərimanov rayonun məktəblilərindən 40 nəfəri Fizuli-Ağcabədi-Ağdam-Bərdə-Tərtər-Naftalan marşrutu üzrə yola salınmışdırlar.

Məktəblilər sözügedən regionların qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olublar.

Həmçinin qeyd edək ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən intellektual oyunun qalibi də məhz Nərimanov rayonunun məktəbliləri olub.

Məktəbliləri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qarşılayıb və Respublikanın bölgələrinə səyahətdən qayıdan şagirdlərin tur barədə fikirlərini dinləmiş və onlara təhsillərində uğurlar arzulamışdır.

Məktəblilər ölkə turundan zəngin təəssüratlarla ayrıldıqlarını qeyd etdilər.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə