Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türmədə məhkumlara şəxsiyyət vəsiqəsi paylandı – (Fotolar)
Türmədə məhkumlara şəxsiyyət vəsiqəsi paylandı – (Fotolar)
12 Noyabr 2014 / 19:28 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Konstitusiya günü münasibətilə noyabrın 12-də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 və 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilib.

Virtualaz.org Penitensiar xidmətin saytına istinadən bildirir ki, tədbirdə Xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovniki Rafiq Ramazanov, Kadrlar idarəsinin rəisi Zaur Əliyev, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru, polis-mayoru Rəşad Hacıyev və cəzaçəkmə müəssisələrinin əməkdaşları iştirak ediblər.

Konstitusiya günü münasibətilə ümumilikdə 1300 məhkuma şəxsiyyət vəsiqəsinin verilməsinin nəzərdə tutulduğu, bu tədbirin gələcəkdə də davam etdiriləcəyi və şəxsiyyətlərini təsdiq sənədi olmayan bütün cəza çəkənlərin şəxsiyyət vəsiqəsi ilə təmin olunacağı bildirilib.

Sonda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 130, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 53 məhkuma şəxsiyyət vəsiqəsi təqdim olunub.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə