Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Düşmən hədəsinə cavab
Düşmən hədəsinə cavab
12 Noyabr 2014 / 21:22 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Ermənistanın bütün təxribat cəhdlərinin qarşısı alınacaq”

Hərb”Ermənistan ordusunun qoşunların təmas xəttində törədəcəyi bütün təxribat cəhdlərinin qarşısı alınacaq”.

Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyanın hədələrinə cavab olaraq bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovanisyan qoşunların təmas xəttində helikopterinin vurulmasının Azərbaycan üçün ağrısız ötüşməyəcəyini deyib.

Vaqif Dərgahlının sözlərinə görə, düşmən ordusunun bütün təxribat cəhdlərinə Azərbaycan ordusu layiqli cavab verəcək: “Ermənistan Silahlı Qüvvələri davamlı olaraq cəbhə xəttində təxribatlara əl atırlar. Bu gün edilən təxribat zamanı Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri Azərbaycan ordusu tərəfindən vurulub. Düşmən helikopterini vuran manqa komandiri Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Bundan sonra da düşmənin edəcəyi bütün təxribatların qarşısı alınacaq”.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə