Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra hakimiyyətləri və xəstəxanalar yoxlanacaq
İcra hakimiyyətləri və xəstəxanalar yoxlanacaq
13 Noyabr 2014 / 12:21 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Hesablama Palatasından verilən məlumata görə, iclasda Sumqayıt şəhər səhiyyə şöbəsinə və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, Ağstafa Rayon İcra Hakimiyyətinə, Şəki Şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiqlənib.

Həmçinin “Azərkosmos” ASC tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin, cəlb edilən kreditlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin, kreditlərin qaytarılma vəziyyətinin, dövlət büdcəsinin gəlirlərinin və büdcədənkənar vəsaitlərin hesablanması və ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun auditinə dair audit proqramları da təsdiq edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə