Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hərbi Hava və Dəniz Qüvvələri irimiqyaslı təlimlərə başladı
Hərbi Hava və Dəniz Qüvvələri irimiqyaslı təlimlərə başladı
13 Noyabr 2014 / 12:23 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Təlimlərdə 5 mindən artıq şəxsi heyət iştirak edir

Bu gün Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimləri başlayıb.

arxiv.bizimxeber.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təsdiq edilmiş əməliyyat hazırlığı planına əsasən təlimlər müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvәlərin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə keçirilir.

Təlimlərdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsinə 5000 nəfərdən artıq şəxsi heyət, 40-dək döyüş gəmi və katerləri, raket və artilleriya qoşunlarının 58 qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək döyüş təyyarə və helikopterləri, Hava Hücumundan Müdafiə Qoşunlarının bilavasitə, qruplaşmanın hava hücumundan müdafiəsının təşkili məqsədilə 50-dək müxtəlif vasitələri, o cümlədən xüsusi təyinatlı qüvvələr cəlb edilib.

Təlim 3 mərhələdə həyata keçiriləcək.  Təlimlərin aktiv fazasında cəlb olunan bütün növ vasitələrdən döyüş atışları icra olunacaq.  Təlimlər noyabrın 17-dək davam edəcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə