Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vertolyotun vurulması: Ermənistanın müttəfiqindən səs çıxdı
Vertolyotun vurulması: Ermənistanın müttəfiqindən səs çıxdı
13 Noyabr 2014 / 12:44 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Ermənistanın üzv olduğu hərbi-siyasi qurumun – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja Azərbaycan ordusunun işğalçı erməni hərbi qüvvələrinə məxsus vertolyotu vurmasına münasibət bildirib.

Noyabrın 13-də yayılan açıqlamasında Nikolay Bordyuja deyib ki, bu ilin əvvəlindən təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində silahlı insidentlər çoxalıb: “İndi biz yenə atəşkəsin pozulmasının şahidi olduq. Yenə münaqişənin alovlanması təhlükəsi yaranıb. Cənubi Qafqazda durum daha da kəskinləşib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hesab edir ki, vəziyyətin daha da kəskinləşməsinə yol vermək olmaz. Hadisələrin bu istiqamətdə getməsinin qarşısını almaq üçün tərəflər güc tətbiqindən çəkinməli, atəşkəs rejiminə əməl etməli, təxribata yol verməməlidir. Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli prosesini davam etdirmək vacibdir”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə Rusiyanın təşəbbüsü ilə yaradılıb. Təşkilata Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan daxildir. 

Bu il oktyabrın 7-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja Ermənistanın müdafiə naziri Seyran Ohanyanın müşayiəti ilə Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb hissəsinə gəlmişdi.

Nikolay Bordyuja cəbhənin ön xəttində olmuş, operativ vəziyyət, atəşkəsin pozulması halları, erməni əsgər və zabitlərin hərbi hazırlığı, məişəti ilə maraqlanmışdı.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tarixində ilk dəfə təşkilat ermənilərə belə bir açıq dəstək nümayiş etdirmiş, qurumun baş katibi Ermənistan-Azərbaycan sərhədinə, cəbhə xəttinə gəlmişdi.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə