Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünyanın ən varlı terror təşkilatları – (Siyahı, Fotolar)
Dünyanın ən varlı terror təşkilatları – (Siyahı, Fotolar)
13 Noyabr 2014 / 14:10 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

“Forbes” jurnalı dünyanın ən varlı terror təşkilatlarının siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, ilk “10-luq”da İslam mənşəli 8 terror təşkilatı var.

İlk pillədə İraq və Suriyada fəaliyyət göstərən İŞİD-dir. Bu təşkilatın illik gəliri 2 milyard dollardır. İŞİD bu qədər pulu neft satışından qazanır. Gündə təxminən 30 min barel neft satır.

İkinci pillədə illik 1 milyon gəliri olan Fələstinin “Həmas” təşkilatı yer alıb. Bu təşkilat gəlirinin böyük hissəsini Körfəz ölkələrindəki mənbələrdən qazanır. Bəzi Körfəz ölkələri “Həmas”a ayrıca maddi yardım edirlər.

“Forbes”ə görə, təşkilatın lideri Halid Meşal dünyanın ən varlı müsəlmanlarından biridir. Onun Qətər və Misirdəki banklarda milyonlarla dollarının olduğu bildirilir.

Üçüncü pillədə Kolumbiyanın FARC terror təşkilatı yer alıb. Gəliri 600 milyon dollardır.

İranın dəstək verdiyi “Hizbullah” isə dünyanın ən zəngin 4-cü terror təşkilatıdır. Bu təşkilatın illik gəliri 500 min dolları əhatə edir.

Beşinci pillədə 400 milyon dollar gəliri olan Taliban, altıncı yerdə isə 150 milyon dollar gəliri olan “əl-Qaidə” qərarlaşıb.

İrlandiya mənşəli İRA 9-cu yerdədir. Bu təşkilatın 90 milyon dollar pulu var.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə