Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziya Məmmədov Abutalıbovun parkomatlardan niyə narazıdır?
Ziya Məmmədov Abutalıbovun parkomatlardan niyə narazıdır?
13 Noyabr 2014 / 14:18 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

“Paytaxtda ödənişli müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə ödəniş həyata keçirilən parkomatlar nəqliyyat vasitələrinin fəaliyyətinə böyük maneə törədir. Bu qurğular nəqliyyatın hərəkətini mümkünsüz edir”. Bunu APA-ya Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat İdarəsi Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.

Onun sözlərinə görə, əsas çətinlik avtobuslar üçün nəzərdə tutulan cibliklərlə bağlıdır: “Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş cibliklər mövcuddur. Lakin onların yerində mülki avtomobillər dayanır. Həmçinin avtobuslara, taksilərə imkan verilməməsi, parklanma ilə bağlı böyük çətinliklər yaşanır. Parkomatların ucbatından parklanan nəqliyyat vasitələri az qala avtobusların içinə girir.

Onların fəaliyyətinə imkan vermir”. Ə. Cəfərov qeyd edib ki, bununla bağlı quruma xeyli sayda şikayətlər daxil olub. O deyib ki, yaxın vaxtlarda Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyinin müvafiq qurumu və Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə birgə müzakirələr aparılacaq.

Paytaxtda parklanma aparılması üçün nəzərdə tutulmuş ərazilərin siyahısının Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunduğunu deyən rəis müavini bildirib ki, avtobus dayanacağı ilə qurğuların ara məsafəsi 40-50 metr göstərilsə də, parkomatlar dayanacaqlardan 5-6 metr məsafədə qoyulub.

Qeyd edək ki, bu ilin sonuna kimi paytaxt küçələrində daha 1000 parkomatların quraşdırılması nəzərdə tutulur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə