Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“CNN Türk” Azərbaycana açıqlama verməlidir”- Səbuhi Abbasov
“CNN Türk” Azərbaycana açıqlama verməlidir”- Səbuhi Abbasov
13 Noyabr 2014 / 14:37 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Məsələ dünya mediasının gündəmini zəbt edib. Məsələ ilə bağlı saytımıza açıqlama verən QHT sədri, internet-media ekspert Səbuhi Abbasov bu hadisədən ermənilərin maksimum yararlanacağını qeyd etdi: “Bu hadisə baş verdi. Azərbaycan ordusu ermənilərin hava hücumunun qarşısını aldı və nəticədə bir helikoptel məhv edildi. Ermənilər isə bu məqamda öz klassik taktikalarına sadiq qalaraq maksimum yararlanmağa çalışacaq. Əvvəla onu qeyd edim Ermənistanda vəsiyyət çox gərgindi. Çünki iqtidar sırf öz bildiyini edir və bu da ermənilərin etirazına səbəb olur. Bu kimi gedişatla Sarkisyan komandası bir növ dünya erməni lobbisindən dilənərək vəsait əldə etməyi və əhalinin etirazlarının mənəvi-psixoloji olaraq istiqamətinin yöndədilməsinə çalışdığı açıq-aydın görünür.

Məsələnin digər maraqlı tərəfi isə dünya mediasınn diqqətini “Dağlıq Qarabağ Müdafiə Nazirliyi”nə çəkməklə sanki söhbətin Ermənistandan yox hər hansı “müstəqil” dövlətdən getdiyini ön plana çəkməkdən ibarətdir. Qardaş Türkiyə mediasında isə əksər nüfüzlü telekanallar “Azərbaycan Erməni helikopterini vurdu” başlığı xəbər tirajladılar. Bu bizi çox sevindirdi. Lakin “CNN Türk”-ün yayımladığı xəbərdə “Azərbaycan Dağlıq Qarabağ Müdafiə Nazirliyinə məxsus helikopteri vurdu” başlığı ilə xəbər tirajlaması, mənbə kimi isə “Dağlıq Qarabağ Müdafiə Nazirliyinin mətbuat xidmətinə” istinad etməsi sadəcə olaraq təəssüf hissi oyadır. Bu kanal kimə, daha dəqiq desək hansı qruplaşmaya xidmət edir? Məncə bu artıq aydındı. Elə bilirəm ki, bizim QHT-lər, media kapitanlarımız bu məsələ ilə bağlı bəyanat yaymalı və sözügedən kanaldan açıqlama verməsini tələb etməlidirlər.”

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə