Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Onların məqsədi əslində nə idi?
Onların məqsədi əslində nə idi?
13 Noyabr 2014 / 23:03 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Vəziyyət beynəlxalq təşkilatların narahat olduğu qədər ciddidir?

Rəsmi Bakının açıqlamasına qədər, Ermənistan helikopterinin vurulması ciddi səs-küyə səbəb oldu. Sanki, bütün beynəlxlaq təşkilatlar və dövlətlər bu hadisədən təşvişə düşdü. Helikopterin vurulmasından heç bir neçə saat keçməmiş eyni vaxtda bütün tərəflərdən reaksiyalar gəlməyə başladı. Əslində nə baş vermişdi? Doğurdanmı, vəziyyət beynəlxalq təşkilatların narahat olduğu qədər ciddidir. Yoxsa, onları narahat edən Azərbaycan ordusunun son zamanlar göz qarşısında olan gücüdür?

Cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndi əraizsində təmas xəttini pozan Ermənistana məxsus Mi-24 hərbi helikopterinin Azərbaycan Silahli Qüvvələri tərəfindən vurulması dünya birliklərinin təəccübünə və reaksiyasına səbəb oldu. Əslində bu təəccüb anlaşılandır. Çünki atəşkəs haqda sazişin imzalanmasından bu tərəfə hərbi helikopterin vurulmasına bənzər insident münaqişə tərəflərinin heç birində qeydə alınmamışdı. Amma Azərbaycan Silahli Qüvvələri sübut etdi ki, bəli, bizim güclü ordumuz da var, torpaqlarımızı hər an azad etməyə iradəmiz də. Üstəlik, bunu həm də Qarabağ münaqişəsinin tənzimlənməsini öz üzərinə götürən ölkə və təşkilatlara mesaj kimi də dəyərləndirmək olar. Yəni bu münaqişə dondurulmayıb və bunu süni şəkildə uzatmaq bəlkə də sizi qane edir, bizi isə əsla.

Görünür elə bu səbəbdəndir ki, beynəlxalq təşkilatlarin hamısı qarinağrısına düşdü. ATƏT, NATO, Avropa İttifaqi və.s qalmadı ki, bu məsələyə əlüstü reaksiya verməsin. NATO baş katibinin cənubi Qafqaz və mərkəzi Asiya üzrə xüsusi nümayənədsi Ceyms Appaturay öz Facebook səhifəsində tərəfləri təmkinli olmağa çağırdı. ATƏT-in baş katibi isə “belə hadisələr böhranın miqyasını genişləndirə bilər” açıqlamasını verdi. Avropa İttifaqı da gərginliyin artmasından narahatlığını dilə gətirdi. ABŞ dövlət departamentinin sözçüsü Cen Psaki də münaqişənin hərbi yolla həllinin mümkünsüz saydı. Vaşinqtonda jurnalistlər qarşısında çıxış edərkən xanım Psaki bildirdi ki, insident bir daha regionda atəşkəs rejiminə nəzarət etməyi və gərginliyin azalmasının labüdlüyünü gündəmə gətirir. Rusiyanın ayrı-ayrı siyasətçilərinin də bu məsələyə maraqlı yanaşmalari olub. Məsələn, rusiyalı politoloq Vladimir Belyayev insidenti təmas xəttində baş verə biləcək növbəti gərginliyin başlanğic nöqtəsi kimi dəyərləndirib və Ermənistanı, necə deyərlər, yıxıb sürüyüb. O, deyib ki, erməninin orda – Azərbaycan torpağında nə işi vardı ki, onu da vurdular?

Bu sual əslində Azərbaycan rəsmiləri tərəfindən də səsləndirilib. Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Novruz Məməmdov Ermənistan tərəfindən soruşan lazımdır ki, 25 ildir Azərbaycanın işğal altında saxladıqları ərazilərində hərbi təlim keçirməkdə məqsədləri nədir? Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı bəyanatında Azərbaycanın işğal olunmuş ərazilər üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan etdiyini və Beynəlxalq Mülkü Aviasiya təşkilatlarını bu bəradə məlumatlandırdığını açıqlayıb.

Bəyanatda deyilir ki, Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün, Azərbaycanın ərazi bütövlüyünə qarşı zordan istifadə siyasətinin davamıdır.

Yeri gəlmişkən, vurulan Mi-24 helikopterində həlak olanların Ermənistan vətəndaşları olduqları da üzə çıxıb. Rusiyalı politoloqun proqnozunun nə qədər düz çıxacağını isə zaman göstərəcək. Vladimir Belyayev yaxın günlərdə Ermənistan tərəfinin də Azərbaycan mövqelərinə qumbaraatanlarla hücumunu mütləq sayıb. Erməni tərəfində isə fikirlər haçalıdır. Ermənistan Müdafiə Nazirliyi sözçüsünün “helikopterin vurulması Azərbaycan üçün ağrısız ötüşməyəcək” bəyanatına rəğmən bunun əksini düşünənlər də var. Məsələn, tanınmış erməni jurnalisti Ruben Qrdzelyan ölkəsini cəld və kəskin əməliyyatlar apara bilməməkdə günahlandirib. Onun fikrincə, bu dəfə də erməni tərəfindən güc reaksiyasını gözləməyə dəyməz.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə