Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

TQDK cəzalandırdı (FOTO)
TQDK cəzalandırdı (FOTO)
14 Noyabr 2014 / 12:46 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Nəzarətçi-müəllimlərin fəaliyyəti ilə bağlı araşdırma yekunlaşıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ildə qəbul və buraxılış imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətlərinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb. Ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına, ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi – buraxılış imtahanlarına orta ümumtəhsil müəssisələrindən nəzarətçi qismində cəlb edilmiş müəllimlərin fəaliyyəti, hər il ənənəvi olaraq təhlil olunur.  
2014-cü ildə keçirilmiş test imtahanlarına nəzarətçi qismində cəlb edilmiş 14392 müəllimdən 9061 nəfəri buraxılış imtahanlarında, 6558 nəfəri isə ali və orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib.
Qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib. O cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul edilib. Müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçi bazadan xaric edilib.

Qeyd edək ki, TQDK tərəfindən araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə