Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İrandan gələn azərbaycanlının ayaqqabısında “narkoanbar” tapılıb
İrandan gələn azərbaycanlının ayaqqabısında “narkoanbar” tapılıb
14 Noyabr 2014 / 12:49 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İrandan gələn Azərbaycan vətəndaşının üzərrində narkotik maddələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən, keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Həsənov Asəf Məmmədağa oğlu piyada yolla İran İslam Respublikasından Azərbaycana gələrkən Sərnişin şöbəsində gömrük nəzarətindən keçib.

Gömrük əməkdaşları tərəfindən qüvvədə olan gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq, onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun ayağına geydiyi idman ayaqqabısının içliyində, cəmi iki ədəd salafan bağlamalarda, gömrük nəzarətindən gizlədilmiş, xalis çəkisi 201.27 qram narkotik vasitə heroin, xalis çəkisi 1.719 qram olan psixotrop maddə metamfetamin və bir ədəd əl yükünün içərisindən, 4 ədəd meyvə şirəsi paketlərindən təsiredici maddəsinin miqdarı 0.65 qram olan narkotik vasitə metadon aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə