Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Telman İsmayılovun Cahangir Hacıyevin bankına böyük borcu üzə çıxdı
Telman İsmayılovun Cahangir Hacıyevin bankına böyük borcu üzə çıxdı
14 Noyabr 2014 / 12:55 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovla “Manqazeya” şirkətlər qrupu arasında borcun qaytarılması sövdələşməsi pozulub.

Telman İsmayılov Sergey Yançukovun sahibi olduğu “Manqazeya” şirkətlər qrupuna 100 milyon dollar borclu idi və bu borcun əvəzində Moskvadakı daşınmaz əmlakının bir hissəsini ona verməyə razılaşmışdı. Razılaşmaya əsasən T.İsmayılovun Nikitsk bulvarında inşaat layihəsi və Bolşoy Felvskoydakı oteli Yançukova verilməliydi. Bu iki obyektin ümumi dəyərinin 50 milyon dollar olduğu bildirilir.

Lakin Yançukov T.İsmayılovun əmlakını borca görə öz adına rəsmiləşdirməyə cəhd edəndə ortaya problem çıxıb. Məlum olub ki, bu obyektlər artıq başqasının-Azərbaycan Beynəlxalq Bankının mülkiyyətidir. Belə görünür ki, T.İsmayılov nə vaxtsa Beynəlxalq Bankdan da iri məbləğdə kredit götürübmüş və indi o, krediti qaytara bilmədiyi üçün bank yəhudi biznesmenin daşınmaz əmlakının bir hissəsini öz mülkiyyətinə keçirib.

Xatırladaq ki, bu ilin avqustunda Telman İsmayılovun Rusiyada və Türkiyədəki aktivləri Sergey Yançukovun rəhbərlik etdiyi “Manqazeya” kompaniyasının tələbi ilə dondurulub. Şirkətin iddiasına əsasən Telman İsmayılov Moskvada devolper fəaliyyəti üçün “Manqazeya” 100 milyon dollar borc alıb. Bu borcun qaytarılması üçün son müddət ötən il başa çatıb. T.İsmayılov borcu qaytarmadığı üçün Yançukov məhkəməyə müraciət edib. Tərəflər borcun daşınmaz əmlak formasında qaytarılmasına dair razılıq əldə etsələr də indi məlum olur ki, T.İsmayılov keçmiş ortağını aldadıb.

T.İsmayılovun hazırda borc içində itib-batdığı və bir çox banklara, iş adamlarına borclu olduğu bildirilir/virtualaz.org/.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə