Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kasprişik erməni helikopteri vurulan yerə gedir
Kasprişik erməni helikopteri vurulan yerə gedir
14 Noyabr 2014 / 12:58 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

ATƏT nümayəndəsinin səfəri yaxın günlərdə baş tutacaq

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik təmas xəttini ziyarət edəcək. Bu barədə erməni mətbuatı məlumat yayıb. Onlar ATƏT nümayəndəsinin noyabrın 12-də erməni helikopteri vurulan rayonun ərazisinə gedəcək. Məlumata görə, səfər yaxın günlərdə baş tutacaq. Kasprişiki səhra köməkçiləri də müşayiət edəcək.

Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar. Cavab atəşilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə