Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İcra başçısı 150 min dollar istədi”
“İcra başçısı 150 min dollar istədi”
14 Noyabr 2014 / 13:12 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Nazirlik icazə verdi, icra başçısı mane oldu 

Gədəbəy rayonunda yaşayan iş adamı Oqtay  Əliyev rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovdan şikayətçidir.  Şikayətçi “Qafqazinfo”ya göndərdiyi müraciətdə bildirir ki, icra başçısı ona qanuni şəkildə icazə verilmiş istirahət obyektini tikməyə icazə vermir.

O qeyd edir ki, ötən ilin iyul ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamı ilə Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm-istirahət mərkəzi tikmək qərarına gəlib: “ETSN-nin balansında olan bu ərazidə nazirliyin qanuni sərəncamı ilə obyektin tikintisinə başladım. Elə həmin gündən Gədəbəy Rayon İcra Hakimiyyətinin əsassız təzyiqinə məruz qaldım. İcra Hakimiyyəti tikintini dayandırıb”.

İş adamı yaranmış problemlə əlaqədar icra başçısının birinci müavini Qüdrət Paşayevlə görüşüb

Obyektin bir hissəsi dağıdılandan sonra məni icra hakimiyyətinə dəvət etdilər. Orada icra başçısının müavini Rüstəm Nağıyevdən obyektin hansı əsasla söküldüyünü soruşduq. Qarşı tərəf isə bunun icra başçısının tapşırığı olduğunu dedi. Etiraz olaraq dedik ki, bundan ötrü məhkəmə qərarı əsasında müvafiq sənəd olmalıdır. İcra başçısının müavini isə bildirdi ki, başçı yeni göstəriş verib, tikintiyə yenidən icazə üçün 150 min dollar pul verməlisən. Sonra isə həmin məbləği 100 minə endirdi.

Beləliklə, İcra Hakimiyyətinin rəhbər şəxslərinin iştirakı ilə düz üç dəfə qanuni şəkildə mənə məxsus olan obyekti sökməyə cəhd ediblər. Sonuncu dəfə isə iyul ayının 29-da iş günü olmadığı halda obyekti yerlə-yeksan etdilər”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə