Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nərimanov rayon məktəbliləri ölkə turuna yola salındı
Nərimanov rayon məktəbliləri ölkə turuna yola salındı
14 Noyabr 2014 / 13:22 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

2014-cü ilin 14 noyabr tarixində Nərimanov rayonun məktəblilərindən ibarət 40 nəfərlik növbəti qrup ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 67 şəhər və rayondan 14 minə yaxın IX-XI sinif şagirdini əhatə edəcək “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində Fizuli-Ağcabədi-Ağdam-Bərdə-Tərtər-Naftalan marşrutu üzrə yola salındılar. Məktəblilərə tur boyunca bələdçi, müəllim və tibb işçisi nəzarət edəcəkdir.

Yolasalma mərasimində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova məktəblilərin sözügedən regionların qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlarını qeyd edib və şagirdlərə uğurlar arzulayıb.

Məktəbliləri yola salan müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə