Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bankamatların qənimlərinə hökm oxundu -45 İL HƏBS
Bankamatların qənimlərinə hökm oxundu -45 İL HƏBS
14 Noyabr 2014 / 17:39 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslər – Tahir Tahirov, Elnur Tahirov, Cəmil Ələkbərov, Rahid Zamanov və Məhərrəm Alırzayevin cinayət işi ilə bağlı məhkəmə prosesi baş çatıb. Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlərə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə T. Tahirov 10, E. Tahirov 9, C. Ələkbərov 9, R. Zamanov 8, M. Alırzayev isə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Xəzər rayonu ərazisində baş verib. Beynəlxalq Banka məxsus bankomatdan oğurluğa cəhd göstərmiş Bilgəh qəsəbə sakinləri Məhərrəm Alırzayev, Elnur Tahirov və qardaşı Tahir tutulub.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların martın 26-da Qaz İstismar Sahəsinin otağından qapını sındırmaq yolu ilə “Modemis” MMC-yə və “Komtek LTD” MMC-nə məxsus “Paypoint” ödəniş aparatlarını və aprelin 19-da 4 saylı Qaz İstismarı Sahəsinin inzibati binasından pəncərədən girmək yolu ilə “Voys” şirkətinə məxsus “Paypoint” ödəniş terminalından 1592 manatı oğurlamaları, aprelin 25-də Binə qəsəbəsi Milli Aviasiya Akademiyasının qarşısındakı yeraltı keçiddə olan “Voys” şirkətinə məxsus “Paypoint” ödəniş terminalından isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib. Yuxarıda sadalanan cinayət əməllərində şübhəli bilinən Rahid Zamanov və Cəmil Ələkbərov da saxlanılaraq məsuliyyətə cəlb edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə