Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısı Hacı Madərin bacısı oğlunu işdən çıxardı – QALMAQAL
İcra başçısı Hacı Madərin bacısı oğlunu işdən çıxardı – QALMAQAL
14 Noyabr 2014 / 17:41 / Baxış sayı: 164
Font1 Font2 Font3 Font4

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Milli Məclisin Binəqədidən seçilmiş deputatları – Hacı Madər Musayev və Rafael Cəbrayılovla münasibətləri gərginləşib.

Arqument.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Binəqədi qəsəbəsində tikintiyə qoyulan qiymətlərin yerli camaatda narazılıqla qarşılanmasıdır. Bundan əlavə, yeni başçı X.İsgəndərov adları çəkilən deputatların kadrlarını “gözüm çıxdı”ya salıb.

Belə ki, icra başçısı X.İsgəndərov bu yaxınlarda Milli Məclisin Binəqədidən seçilmiş deputatı Hacı Madar Musayevin bacısı oğlu Kənan Mustafayevi İcra nümayəndəsinin müavini vəzifəsindən azad edib. Həmçinin icra başçısı rayondakı 182 saylı məktəbdə kənd sakinləri ilə keçirilən sonuncu iclasda məktəbin direktoru, Hacı Madər Musayevin kadrı və qohumu olan Zinyət Tağıyevanı tənqid edib.

Həmin iclasda iştirak edən şəxslərdən biri Arqument.az-a bildirib ki, icra başçısı X.İsgəndərov məktəb direktoru Z.Tağıyevanın çıxışına belə imkan verməyib və üstünə çığıraraq “otur aşağı” deyib.

Milli Məclisin Binəqədidən seçilmiş digər deputatı Rafael Cəbrayılov isə həmin iclasa ümumiyyətlə dəvət olunmayıb.

İclas iştirakçıları qeyd edib ki, icra başçısı X.İsgəndərovla deputat R.Cəbrayılov arasında da münasibətlər yaxşı olmadığı üçün millət vəkili İcra Hakimiyyətinin iclaslarına ümumiyyətlə çağırılmır. Əldə etdiyimiz məlumata görə, X.İsgəndərov işdən azad etdiyi bütün kadrların yerinə öz adamlarını vəzifəyə gətirib. Bildirilir ki, Binəqədi qəsəbəsində yerləşən 179 saylı orta məktəbə də bu yaxınlarda başçı X.İsgəndərov öz yaxın qohumunu direktor təyin edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə