Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu küçədən keçmək üçün qayıq lazımdır – FOTOLAR
Bu küçədən keçmək üçün qayıq lazımdır – FOTOLAR
14 Noyabr 2014 / 17:50 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Yenə binə qəsəbəsi, yenə yollar…

Bakının Binə qəsəbəsi problemlərin bolluğu baxımından, digər qəsəbələrdən heç də geri qalmır. Bu qəsəbənin yolları, ictimai nəqliyyatı, qaz təchizatı acınacaqlı vəziyyətdədir. Binə qəsəbəsinin problemləri ilə bağlı musavat.com olaraq, indiyə kimi bir neçə dəfə yazı dərc etmişik. Onların bəzilərinin faydaları da olub. Misal üçün oktyabrın 29-da “Binə sakinləri “Azərsu”dan şikayətçidirlər – FOTOLAR, VİDEO” başlıqlı reportajımızda, qəsəbənin əsas mərkəzi sayılan ərazinin bərbad yollarına diqqəti çəkmişdik. 

Belə ki, adıçəkilən ərazidəki əsas yollar 3 ildən bəri bərbad halda idi. Amma həmin yazının dərc edilməsindən iki gün sonra adıçəkilən ərazinin 3 illik yol problemi həll edildi, yeni asfalt çəkildi. Sakinlər görülən işlərdən razı qaldılar və təşəkkür etdilər. Amma Binə qəsəbəsindəki problemlər bununla bitmir.

Xəqani küçəsinin sakinləri də eyni problemdən əziyyət çəkirlər. Küçənin girişindən sonuna qədər yollar dərə-təpələrdən, gölməçələrdən ibarətdir.

Adıçəkilən əraziyə getdiyimiz zaman vəziyyətin nə qədər ağır olduğunun şahidi olduq. Bakıya sonuncu dəfə yağış ən azı bir həftə öncə yağmış olsa da, bu küçə üçün dəyişən heç bir şey yox idi. Hər tərəf gölməçələrlə dolu idi.

“Biabırçılıqdır… 21-ci əsrdə yaşadığımız vəziyyətə baxın”

Orada olarkən öyrəndik ki, sakinlər uzun zamandır ki, qəsəbə, rayon idarələrinə şikayət edirlər. Amma məsələ öz həllini hələ də tapmayıb: “Biz bezmişik. Daha heç kəsə inanmırıq. İndi sən də gəlmisən. Çəkməyinin nəsə mənası olacaq? Neçə ildi ki, vəziyyət bu gündədi. Bir balaca yağış yağan kimi, günlərlə eyni vəziyyətdə oluruq. Yolun hər tərəfində çalalar var. Nə maşınla getmək olur, nə də piyada…

Bura məktəbdir (əlini uzadıb məktəbi göstərir–red). Məktəbdən çıxan və ya məktəbə gedən uşaqlar, gördüyünüz bu yoldan istifadə edirlər. Hələ bu yolun yaxşı vəziyyətidir. Bir az gün qurudub. Yağış yağan zaman bu yolu yalnız maşınla birtəhər keçmək olur. Burdan piyada keçmək mümkün deyil.

Biabırçılıqdır. 21-ci əsrdə yaşadığımız vəziyyətə baxın. Belə bir xırda məsələni həll edən yoxdur. Böyük maliyyə də lazım deyil. 200-300 metr asfalt çəksələr, problem həll oluna bilər. Neft ölkəsində yol problemi niyə olmalıdır, axı..?”

Ümid edirik ki, məsul şəxslər bu problemi qısa müddət ərzində həll edəcəklər. Və biz də Xəqani küçəsinə çəkilmiş yeni asfalt haqqında yazı dərc etmək imkanı qazanacağıq.///Musavat.com

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə