Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hacıbala Abutalıbovun “metal biznesi”
Hacıbala Abutalıbovun “metal biznesi”
14 Noyabr 2014 / 18:32 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Şəhər meri evlərin üstündəki su çənlərini sökmək barədə sərəncam verib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun əndrəbadi əməlləri ilə bağlı paytaxt sakinləri artıq hər hərəkətə öyrəşiblər. Bakı meri hər il işıq dirəklərini dəyişib çox baha qiymətə yenilərini qondarır.

Və milyonlarla dövlət vəsaiti kimlərinsə cibinə gedir. Bu azmış kimi köhnə işıq dirəklərinin hara göndərildiyi də məlum olmur. Amma məlumatlı mənbə bildirir ki, həmin işıq dirəkləri “metallom” kimi Hacıbalanın qardaşı Osman Abutalıbovun müəssisəsinə “emala” göndərilir və ortada yenidən milyonlar qazanılır.
Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az )daxil olan məlumata görə, şəhər meri bir neçə gün öncə sərəncam verib ki, bütün mənzillərin üstündəki su çənləri məcburi qaydada yığışdırılsın. Guya Bakının gözəlliyinə xələl gətirir. Əlbəttə, heç kimi bu su çənlərini keflərindən quraşdırmayıblar, su çatışmadığı üçün ediblər. Hacıbala Abutalıbov isə bir güllə ilə 3 dovşan vurmaq istəyir. Təsəvvür edirsiniz Bakı şəhərində evlərin üstündə nə qədər, neçə min ton su çənləri var? Hacıbala müəllim bütün bu çənləri qardaşının müəssisəsinə göndərmək istəyir, daha dorusu, başqasının çənlərinin hesabına milyonlar qazanmaq niyyətindədir…
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə