Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğandan şok bəyanat
Ərdoğandan şok bəyanat
16 Noyabr 2014 / 15:11 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

“Amerikanı Kolumbdan əvvəl müsəlmanlar kəşf edib”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iddia edib ki, Amerikanı Xristofor Kolumbdan əvvəl müsəlmanlar kəşf edib. Birinci Latın Amerika ölkələri müsəlman dini liderlərinin zirvə görüşünün yekununda çıxış edən Ərdoğan deyib ki, Kolumbdan 314 il əvvəl, yəni 1178-ci ildə müsəlman dənizçilər Amerika qitəsinə üzüblər. 

Onun sözlərinə görə, hətta Kolumb xatirələrində Kuba sahillərinə çatanda dağın təpəsində bir məscid gördüyündən bəhs edib. Ərdoğan bildirib ki, “bu gün də o dağın təpəsinə bir məscid yaraşar”.

Görüşə 40 ölkədən 70 müsəlman dini lider qatılıb. Tədbirə orta və şimali Amerika təmsilçiləri qatılıb. Kubadan tədbirə qatılan imam Pedro Ərdoğanı Kubaya dəvət edib.

Rəcəb Tayyip Ərdoğan isə “2015–ci ildə Kubaya gedəcəm, Kubalı dostumla da bu mövzu haqqında danışırıq. Düşünürük ki, Kolumb hələ Amerika qitəsini kəşf etməzdən əvvəl İslam dini qitədə inkişaf edib və yayılıb”,- deyə o bildirb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə