Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Putini dayandırın”
“Putini dayandırın”
16 Noyabr 2014 / 20:34 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Saakaşvili internet vasitəsilə kütləyə video müraciət edib

Gürcüstanda bir neçə gündür ki, başlayan etiraz aksiyaları səngimək bilmir. Gürcü xalqını etiraz səslərini ucaltmağa vadar edən səbəb isə Rusiya və Abxaziya qondarma respublikası arasında əməkdaşlıq müqaviləsinin bağlanmasıdır. Bu müqaviləyə etiraz edən 10 minlərlə insan Tiflis küçələrinə axışıb.

Etirazçılar 90-cı illərdən bəri separatçı siyasət yürüdən Abxaziya ilə Moskva arasında bağlanmış hərbi əməkdaşlıq sazişini, Rusiyanın Qara Dəniz regionunda yeni əraziləri işğal etmək planının davamı kimi dəyərləndirib. Təklif olunan sazişdə Rusiya və Abxaziyanın birgə hərbi qüvvələrinin yaradılması nəzərdə tutulur. Yürüş edən etirazçılar “Rusiyanı dayandırın” “Putini dayandırın” kimi şüarlar səsləndiriblər.

“Bu gün Rusiya Ukrayna ilə yanaşı Abxaziya və Cənubi Osetiyanı da ilhaq edir. Buna qarşı birgə şəkildə ayağa qalxmalıyıq. Bizim beynəlxalq tərəfdaşlar, bütün dünya ictimaiyyəti təkcə Ukraynada deyil, Gürcüstanda da beynəlxalq hüququn müdafiəsinə qalxmalıdır” – deyə Gürcü deputat David Bakradze bildirib.

Etiraz aksiyası keçmiş prezident Mixayıl Saakaşvilinin “Vahid Milli Birlik” partiyası tərəfindən təşkil olunub. Aksiyanın gedişatında Kiyevdə olan Saakaşvili internet vasitəsilə kütləyə video müraciət edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə