Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qar yağacaq – PROQNOZ
Qar yağacaq – PROQNOZ
16 Noyabr 2014 / 20:41 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Həftənin ilk iş günü Azərbaycanda hava küləkli və soyuq olacaq. Lent.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Saniyədə 10-15 metr sürətlə şimal küləyi əsəcək, arabir 18-23 metrədək, gecə yarımadanın bəzi yerlərində 25-28 metrədək güclənəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə və gündüz 8-10 dərəcə isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi normadan yüksək olacaq, nisbi rütubət 85-95 faiz edəcək. Azərbaycanın bölgələrində arabir yağış yağacağı ehtimal olunur. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-28 metrədək güclənəcək, dağlarda sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 1-6, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə