Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qubad İbadoğlu cavab verdi – AÇIQLAMA
Qubad İbadoğlu cavab verdi – AÇIQLAMA
17 Noyabr 2014 / 0:39 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

“Koalisiya Şurası qərar verib ki, bir QHT təsis etsin və bundan sonra Koalisiyanın maliyyə operatoru funksiyası həmin təşkilata həvalə edilsin. Şuranın qərarı ilə Əliməmməd Nuriyevə, Sevil Allahverdiyevə və mənə həmin işlə məşğul olmaq tapşırılıb”. 

Bunu Arqument.Az-a tanınmış iqtisadçı, Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu siyasi məhbuslarla bağlı İşçi Qrupunun üzvü Sahib Məmmədovun onunla bağlı səsləndirdiyi ittihamlara cavab verərəkən deyib. 

Q.İbadoğlu bildirib ki, bütün bunlar baş verənlərin yanlış qavranmasından qaynaqlanıb: “Koaliyaya gəlincə, o əvvəlki statusu, üzvləri və proqramı ilə fəaliyyətdədir. Onun nə təsisçiliyində, nə də ki, misiyasında dəyişiklik olub. Yəni heç bir dəyişiklik olmayıb. Bu, sadəcə, baş verənlərin yalnış qavranmasından qaynaqlanıb. Koalisiyada heç bir  problemimiz yoxdur. Koalisiya Şurarı bu qərarı yekdilliklə verib. Çalışırıq ki, Koalisiyanın fəaliyyətində yaranmış problemin həllinə nail olaq”.

Qeyd edək ki, Sahib Məmmədov Qubad İbadoğlunu hökumətə işləməkdə ittiham edib. O, “Bir müddətdir ki, Qubad İbadoğlunun Neft Fondunun rəhbərliyi ilə intensiv məsləhətləşmələr apardığını bilirdim. Myanmadan başlanan sövdələşmə artıq nəticəsini verməyə bağlayıb. Neft Fondu qərara gəlib ki, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünü Qubad bəyə bağışlasın və qalan təsisçilər ilə yavaş-yavaş uzaqlaşdırılsın”, – deyə Qubad İbadoğlunun ünvanına ittihamlar səsləndirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə