Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ARGTMŞ bələdiyyə seçkiləri ilə bağlı dəyirmi masa təşkil etdi
ARGTMŞ bələdiyyə seçkiləri ilə bağlı dəyirmi masa təşkil etdi
17 Noyabr 2014 / 13:13 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən “Gənclər Evi” – də 2014-cü ilin dekabr ayında həyata keçiriləm bələdiyyə seçkiləri ilə bağlı dəyirmi masa təşkil olunub.  arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, tədbirdə ARGTMŞ-nın sədri Şahin Seyidzadə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın rəhbəri Nürəddin Mehdiyev ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəalları ilə görüşüb.

Tədbir 2014-cü ilin dekabr ayında baş tutacaq bələdiyyə seçkiləri ilə bağlı gənclər təşkilatların rəhbərləri və fəal gənclərinin bələdiyyə seçkiləri ilə bağlı məlumatlılığının artırılması məqsədi ilə təşkil olunub.

Tədbir zamanı İctimai Şuranın sədri iştirakçılara bələdiyyə seçkilərinin mahiyyəti və bu barədə qanunvericiliyin müvafiq maddələri haqqında məlumat verib, bələdiyyə seçkilərində gənclər təşkilatlarının fəal iştirakının vacibliyini vurğulayıb. ARGTMŞ-nın sədri təşkilatın üzvü olan gənclər təşkiları tərəfindən gənclərin qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı biliklərinin artırılması və onların bədəiyyə seçkilərində yaxından iştirakına dəstək olmalarının zəruri olduğunu qeyd edib. Tədbir qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.

Leyla
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə