Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cavid Qurbanov niyə narahatdır? – Bakı qışa hazırdırsa?…
Cavid Qurbanov niyə narahatdır? – Bakı qışa hazırdırsa?…
17 Noyabr 2014 / 13:15 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4
“Azəryolservis” ASC-nin tabeliyində olan idarə və müəssisələrin 2014-2015-ci illər üzrə payız-qış mövsümünə hazırlıq məqsədilə əmr hazırlanıb.
Qurumdan verilən məlumata görə, əmrə əsasən, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə “Azəryolservis”in mərkəzi aparatında qərargah yaradılıb. Bundan əlavə, Yol İstismar idarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planını hazırlayaraq icrasına başlayıb.Buraya avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirmək, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların, küveytlərin təmizlənməsi, işçilərin xüsusi geyimlərlə təmin olunması, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatının yaradılması daxildir.

Magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində yerləşən avtomobil yollarında, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün Cəmiyyətin mərkəzi aparatında sutkalıq növbətçilik təşkil olunub. Avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatlar operativ növbətçilər tərəfindən müntəzəm şəkildə qeydə alınacaq.

Bütün proses tam nəzarətdədir. Qeyri-sabit hava şəraitində yarana biləcək xoşagəlməz hadisələrin aradan qaldırılması üçün kifayət qədər material ehtiyatı, saz və hazır vəziyyətə gətirilmiş maşın-mexanizmlər var.

İlkin mərhələ olaraq 24885 kub metr qum, 1160ton texniki duz ehtiyatı yaradılıb, 500 ton texniki duzun əlavə alınması alınması üçün müqavilə bağlanıb. Bundan əlavə, 1047 ədəd maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib. Zərurət yaranarsa, texniki duz, qum ehtiyatı, maşım-mexanizmlər və nəqliyyat vasitələrinin sayı yenidən artırılacaq.

Xatırladaq ki, “Azəryolservis” ASC-nin prezidenti, deputat Cavid Qurbanovdur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə