Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daşınmaz əmlakın qeydiyyatı artır
Daşınmaz əmlakın qeydiyyatı artır
17 Noyabr 2014 / 13:20 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Əmlak Məsələləri Dövlət Komitəsi son illərdə daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmət səviyyəsinin yüksəldilməsi, əhalinin xidmətlərdən daha rahat və çevik şəkildə faydalanması, vətəndaş məmnunluğunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Qeydiyyat prosesinin sadələşdirilməsi, elektron və onlayn xidmətlərin tətbiqi, ərazi qeydiyyat idarələrinin müasirləşdirilməsi, mobil ofis xidmətlərinin tətbiqi bu istiqamətdə fəaliyyətin əlamətdar nəticələridir.

Daşınmaz əmlakın qeydiyyatı sisteminin təkmilləşdirilməsi ilə yanaşı, bu inkişafın istiqamətləri və tətbiq edilən yeniliklər haqqında əhali arasında müntəzəm maarifləndirmə tədbirləri də həyata keçirilir. Daşınmaz əmlakın qeydiyyatının iqtisadi və sosial səmərələri ictimaiyyətə çatdırılır, qeydiyyat prosedurları və praktik tərəfləri vətəndaşlara və maraqlı tərəflərə izah olunur.

Məhz bu tədbirlər daşınmaz əmlakın qeydiyyatının sürətlə artmasına səbəb olmaqdadır. Qeydiyyat sisteminin inkişafı bir sıra tendensiyalarla xarakterizə olunur. Mühüm tendensiyalar torpaqla əməliyyatların kəskin artması, regionlarda daşınmaz əmlak bazarının canlanması və əhalinin daşınmaz əmlakın qeydiyyatına marağının böyüməsidir.

2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda daşınmaz əmlakla hüquqi əməliyyatların sayı artıb. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 168 min daşınmaz əmlak qeydiyyata alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 17,4% artıb.

Qeydiyyatı aparılan əmlaklardan 34,4 mini fərdi yaşayış və bağ evi, 46,6 mini mənzil, təqribən 79 mini torpaq sahəsi, 3,9 mini qeyri-yaşayış binası, təqribən 3 mini qeyri-yaşayış sahəsi, 50-si çoxmərtəbəli yaşayış binası olub. Ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin qeydiyyatı 37%, fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 15%, çoxmərtəbəli yaşayış binalarının qeydiyyatı isə 43% artıb.

Bu ilin ilk 10 ayında 47,3 min daşınmaz əmlak ilkin qeydiyyata alınıb. Bu ötən ilin eyni dövrünə nisbətən 19% artıqdır. İlk dəfə sənədləşdirilən əmlakların növlərinə gəlincə, bu il 14,6 min fərdi ev, 10,7 min mənzil, 19,3 min torpaq sahəsi, 20 çoxmərtəbəli yaşayış binası sənədləşdirilib.

Yanvar-oktyabr aylarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 145 minə yaxın daşınmaz əmlak obyektinə texniki pasport tərtib edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14,4% artıqdır. Bu dövrdə 4692 yüklülük qeydə alınıb, eləcə də 129,2 min məhdudiyyət arayışı verilib.

Əmlak bazarında regionların payı sürətlə artır. İlk 10 ayda əmlakla əməliyyatların təqribən 70%-i regionların payına düşüb. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır. Bu dövrdə qeydiyyatdan keçən 50 çoxmərtəbəli binadan 39-u regionlardadır.

Oktyabr ayında ölkədə 960 mənzil özəlləşdirilib. Ümumilikdə özəlləşdirmə başlayandan 2014-cü il oktyabrın 1-dək ölkə üzrə 500 mindən çox mənzil özəlləşdirilib.

Əmlakla əməliyyatların artımının əsas səbəbi ölkədəki iqtisadi aktivlik, daşınmaz əmlakın biznes proseslərə getdikcə daha aktiv cəlb edilməsidir. Bundan başqa, aparılan maarifləndirmə tədbirləri nəticəsində ölkə vətəndaşları əmlakın qeydiyyatının vacibliyini və gətirdiyi faydaları hiss etməyə başlayıb. Əmlakla əməliyyatların artmasının digər səbəbi ƏMDK tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin yüksəldilməsi olub. Belə ki, ƏMDK-da qeydiyyat prosesində operativlik artıb, qeydiyyat müddəti azalıb, geniş tətbiq edilən elektron xidmətlər (məsələn məhdudiyyət arayışlarının onlayn verilməsi) isə qeydiyyat prosesindəki bəzi prosedurları ümumiyyətlə aradan qaldırıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə