Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qaradağda aztəminatlı ailələrə yardım edilib
Qaradağda aztəminatlı ailələrə yardım edilib
17 Noyabr 2014 / 15:14 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

17 noyabr – Milli Dirçəliş günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan aztəminatlı ailələr ilə görüş keçirilib

PİA.AZ xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, aparatın şöbə müdirləri, rayon ictimaiyyəti iştirak edib.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə,  tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov ilk öncə hər kəsi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından salamladı və bu gözəl gün münasibəti ilə təbrik etdi.

Qeyd etdi ki, XX əsrin 80-cı illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş vermiş ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yarandı. O zamankı SSRİ rəhbərliyinin məkrli qonşularımız ermənilərlə əlbir olub Dağlıq Qarabağı Azərbaycandan işğal edərək Ermənistanın nəzarətinə verməsi istiqamətində atdığı addımlar xalqımızın səbir kasasını daşırdı. Xalqımız imperiya buxovlarından, əsarət zəncirindən azad olmaq istəyirdi. Bu mübarizələr yolunun sona çatmasını isə Azərbaycan xalqı “dirçəliş” günü adlandırdı. Bütün bunların məntiqi sonluğu müstəqilliyimizi qazanmağımız oldu. Lakin müstəqilliyini qazandıqdan sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Ancaq böyük siyasi təcrübəyə malik olan ümummilli lider Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Bütün sahələrdə inkişaf və əsil oyanış müşahidə olunmağa başladı. Azərbaycan intibah və dirçəliş dövrünə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin qüdrətini daha da artmaqdadır.

Daha sonra çıxış edən Filyar Həsənova göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə sakinlər adından minnətdarlığını bildirmişdir. Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 200-ə yaxın aztəminatlı ailəyə rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verildi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə