Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rövşən Lənkəranski Aşurada Lənkəranda olub?
Rövşən Lənkəranski Aşurada Lənkəranda olub?
17 Noyabr 2014 / 15:16 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Məşhur avtoritet Rövşən Canıyev (Lənkəranski) Lənkəranda olub. “Qafqazinfo”ya daxil olan məlumata görə, Lənkəranski noyabrın 4-də doğulduğu şəhərdə keçirilən Aşura mərasimində iştirak edib.

“Qanuni oğru”nu şəhərin Kiçik Bazar adlanan ərazində ətrafında 4-5 mühafizəçisi ilə görüblər. Qeyd edək ki, Lənkəranski ilə yanaşı anası, həyat yoldaşı və uşaqları da Aşura mərasiminə qatılıb.

Xatırladaq ki, Rövşən Canıyev “oğru dünyası”nda böyük nüfuz sahibidir və “Rövşən Lənkəranski” kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbayel Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub.

2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb edilib. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun psixi müalicəyə göndərilməsi barədə qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə