Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncədə “Azərbaycan – tolerantlığa nümunə ölkə” adlı konfrans keçirildi
Gəncədə “Azərbaycan – tolerantlığa nümunə ölkə” adlı konfrans keçirildi
17 Noyabr 2014 / 15:18 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Konfrans “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” nə həsr olunub. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan – tolerantlığa nümunə ölkə” adı altında təşkil olunan tədbirə bölgədə fəaliyyət göstərən dini icmaların təmsilçiləri, eləcə də ictimaiyyət nümayəndələri qatılıb.

DQİDK-nin sədrinin birinci müavini Səyyad Salahlı deyib ki, Azərbaycanın mövcud qanunvericilik bazası və əsrlərdən bəri formalaşaraq gələn tolerantlıq ənənəsi ölkəmizdə dini, milli və irqi mənsubiyyətindən asılı olmayaraq, hər kəsin bərabər hüquqlar çərçivəsində yaşamasını təmin edir. Komitənin sədr müavini deyib ki, Azərbaycanda 25 əsrdir yəhudilərin, 2000 ildir xristianların sülh və əmin-amanlıq şəraitində yaşaması ölkəmizdə tolerantlıq və dini dözümlülük mühitinin tarixən mövcud olmasının sübutudur.10816131_1714565278768840_434616262_n 10815856_1714565298768838_1006490790_n 10815774_1714565232102178_524902653_n 10807846_1714565215435513_1893628937_n 10805370_1714565258768842_1587461693_n 10805370_1714565258768842_1587461693_n (1)

Daha sonra çıxış edənlər də Azərbaycanın etnik, dini və milli baxımdan zənginliyinin tarixən qorunmasının ölkəmizin tolerantlığa model ölkə olmasının sübutu kimi qiymətləndirib. Bölgədə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi icmalarının sədrləri də qeyd ediblər ki, hər üç səmavi dinə məxsus ibadətgahların eyni dərəcədə həm dövlət, həm də xalq tərəfindən qorunması ölkədə dini dözümlülük şəraitinin mövcudluğuna əyani sübutdur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə