Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hesablama Palatası Baş Prokurorluğa müraciət etdi
Hesablama Palatası Baş Prokurorluğa müraciət etdi
17 Noyabr 2014 / 15:39 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, iclasda bir neçə məsələ müzakirə edilib. Dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Ağsu rayon İcra Hakimiyyətinə sosial infrastruktur layihələrinin maliyyələşdirilməsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından 2011- 2013-cü illər və 2014-cü ilin birinci yarımili üzrə Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi, dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər təhsil müəssisələri və Uşaq evləri İdarəsi üzrə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların, həmçinin dövlət büdcəsindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsi üzrə audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Palata Kürdəmir rayonunda “Mollakənd-Axtarçı-Öyləqulu avtomobil yolunun tikintisi” obyekti üzrə yerinə yetirilməmiş işlər üzrə ödənişlərin edilməsi, görülən işlərin yarasızlığı və bu kimi digər maliyyə pozuntusu hallarına, nöqsan və çatışmazlıqlara yol verməklə dövlətə külli miqdarda ziyan vurulması ehtimalını nəzərə alaraq nəzarət tədbir üzrə yoxlama materiallarını Baş Prokurorluğa göndərib. Qeyd edilmiş nəzarət tədbirlər üzrə müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin, həmçinin digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması və istifadəsinə dair Audit proqramı təsdiq edilib.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə