Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Helikopteri ruslar vurub”
“Helikopteri ruslar vurub”
17 Noyabr 2014 / 15:44 / Baxış sayı: 60
Font1 Font2 Font3 Font4

“Qarabağ” komitəsinin lideri Aşot Manuçaryanın sensasiyalı bəyanatı

“Ağdam üzərində helikopteri Azərbaycan yox, ruslar vurub”.  Bu fikri Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün 1988-ci ildə yaradılmış “Qarabağ” komitəsinin liderlərindən biri Aşot Manuçaryanın “Tert.am”a verdiyi müsahibəsini şərh edən erməni jürnalistlər irəli sürüb. 

Manuçaryan Rusiyanın Azərbaycana silah satmasının Ermənistan üçün qorxulu olmadığını deyib: “Rusiyanın Azərbaycana satdığı silahlar koda malikdir. Əgər Bakı həmin raketləri Ermənistan tərəfə atmaq istəsə, Rusiya mane olacaq”.

Bu fikir erməni jurnalistlərin müxtəlif şərhlər etməsinə imkan yaradıb. “Faktiki olaraq, Aşot Manuçaryan bu günlərdə Qarabağda vurulmuş erməni helikopteri ilə bağlı insidentin üstünü açıb. Helikopterin vurulduğu raket Rusiya istehsalıdır və həqiqətən koda malikdir. Rusiya siyasətini yaxşı bilən Aşot Manuçaryan faktiki olaraq bəyan edir ki, Ermənistan helikopterinin vurulmasının arxasında Rusiya durur”, – deyə Ermənistanın xəbər portalı “Lragir” bildirir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə