Загрузка...
Xəbər lenti



Загрузка...

Azərbaycanda rüşvət alan direktorlar işdən qovuldu
Azərbaycanda rüşvət alan direktorlar işdən qovuldu
17 Noyabr 2014 / 16:18 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər aparılıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatında qeyd edilib. Bildirilib ki, aparılmış araşdırmalar nəticəsində qanun pozuntuları aşkar olunub. Faktlar barədə təqdimatlar əsasında 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilib. Bununla yanaşə, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə