Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda 200 minlik «Galendewagen» belə aşdı – Video
Bakıda 200 minlik «Galendewagen» belə aşdı – Video
17 Noyabr 2014 / 16:31 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Bu yol nəqliyyat hadisəsi Bakının Nərimanov rayonu ərazisində -Təbriz küçəsində qeydə alınıb. Üzü «Nəriman Nərimanov» metrostansiyasına tərəf hərəkətdə olan iki avtomobilin anidən toqquşması ağır nəticəyə səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, qəzanın başvermə anı Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameriaları vasitəsilə qeydə alınıb. Görüntülərdən məlum olur ki, «Mersedes-Galendewagen» markalı avtomobil yolun sol zolağı ilə hərəkətdə olarkən qarşıda hərəkət edən «BMW» markalı avtomobil qəflətən onun yoluna çıxır.

«BMW» sola dönməyə çalışır. Hansı ki, diqqətlə baxdıqda görürük ki, asfalt üzərindəki yol nişanında yalnız düzünə hərəkətə icazə veririr. Nişana əhəmiyyət verməyən sürücü sürətlə hərəkət edərkən qəflətən sola dönür və bu anda «Galendewagen» onu ortadan vurur. Zərbənin gücündən «BMW» arxası üstə, «Galendewagen» isə yanı üstə aşır. Hər iki avtomobildə olan gənclər sağ-salaman maşınlardan çıxa bilsələr də, yəqin ki, ani səhvin ucbatından düşdükləri vəziyyəti heç vaxt unuda bilməzlər.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə