Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıdan İrəvana çox sərt cavab
Bakıdan İrəvana çox sərt cavab
17 Noyabr 2014 / 16:48 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Düşmən əməliyyata əl atarsa vuracağımız zərbə məhvedici olacaq

Azərbaycanın Müdafiə Nazirliyindən Ermənistanın hərbi-siyasi rejiminə cavab verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,  Ermənistan Respublikasının hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir.  “Öz xalqını aldadaraq provokasiyaya çəkməklə Azərbaycana münasibətdə aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gənclərini ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır.

Düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcək”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə