Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Arif Hacılı Səxavət Əlisoyu Müsavatdan çıxartdırdı – (Yenilənib)
Arif Hacılı Səxavət Əlisoyu Müsavatdan çıxartdırdı – (Yenilənib)
17 Noyabr 2014 / 17:56 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

“Mən bunu gözləyirdim. Müsavat Divanının qərarında qeyri-adi şey yoxdur. Biz bilirdik ki, bu adamlar demokratiyanı qəbul etmirlər, Müsavatı avtoritar üsulla idarə edirlər”.

Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd, partiya sıralarından xaric edilən Səxavət Əlisoy deyib. S. Əlisoy bundan sonra Müsavatda növbədənkənar qurultayın çağırılması üçün çalışacağını vurğulayıb: “İnanıram ki, saxtakar başqan Arif Hacılını lazım olan yerdə oturdacağıq”.

*   *   *17:03

Əlövsət Talışxanlıya isə töhmət elan edilib

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Müsavat başqanının müavini Elman Fəttah APA-ya açıqlamasında deyib ki, partiya başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya sıralarından xaric edilib.

Divan S. Əlisoyun partiyanın siyasi xəttinə zidd davrandığını əsas götürüb.

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlıya isə Divanın çağırışına məhəl qoymadığı üçün töhmət verilib.

Xatırladaq ki, noyabrın 11-də Müsavat Partiyasının Divanı partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Divanın noyabrın 17-də keçiriləcək növbəti iclasına dəvət olunub. S. Əlisoy və Ə. Talışxanlı Divana getməyəcəklərini bəyan ediblər.

Virtualaz.org xatırladır ki, bu gün isə Səxavət Əlisoy partiyanın yeni sədrinə “Sən adını tarixə “saxtakar başqan” kimi yazdırdın, Arif Hacılı!” deyərək, onun ünvanına 6 ittihamla çıxış etmişdi.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə