Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müsavatda təzə ləqəblər: “oyuncaq başqan”, “ağsaçlı”
Müsavatda təzə ləqəblər: “oyuncaq başqan”, “ağsaçlı”
18 Noyabr 2014 / 9:19 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy yeni başqan Arif Hacılı və İsa Qəmbərin ünvanına kəskin ifadələr işlədib. S. Əlisoy “facebook” səhifəsində A. Hacılını  “oyuncaq başqan”, İsa Qəmbəri isə “ağsaçlı” adlandırıb: “Plan üzrə məni və Əlövsət Talışxanlını “ağsaçlının” məsləhəti ilə partiyadan kənarlaşdırmalı, sonra da digər narazıları qorxutmaq üçün Vurğun Əyyubu və Qubad İbadoğlunu cəzalandırmalı idi oyuncaq başqan.

Hikmət bəyin iki gün əvvəlki açıqlaması onları taktik dəyişdirməyə vadar etdi. Məni partiyadan xaric edib, Əlövsət bəyə töhmət elan etdilər. Və bununla hesab etdilər ki, Hikmət bəyi fikrindən döndərərlər”.

S. Əlisoy tənqid etdiklərinin ünvanına təhqiredici ifadələr işlətməkdən də çəkinməyib.  O qeyd edib ki, A. Hacılının tərəfdarlarının səyinə baxmayaraq, Hikmət Hacızadə də partiya sıralarından istefa verib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə