Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İdmançımız bayrağa bürünüb ağladı (FOTO)
İdmançımız bayrağa bürünüb ağladı (FOTO)
18 Noyabr 2014 / 9:22 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycan 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb

Bakıda keçirilən qarışıq döyüş növləri üzrə (MMA) açıq Avropa çempionatı başa çatıb. 20 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. 84 kq-da Taleh Nəcəfzadə finalda məğlub olmaqla gümüş medala layiq görülüb. 
93 kq-dan yuxarı çəkidə yarışan Zaur Hacıbabayev isə bütün görüşlərini qələbəylə başa vuraraq Avropa çempionu tituluna sahib çıxıb. Qeyd edək ki, Hacıbabayev bir neçə ay əvvəl MMA üzrə dünya çempionu olub.
Komanda hesabında Rusiya yığması birinci olub. Azərbaycan və Ukrayna müvafiq olaraq ikinci və üçünçü yeri tutub. Turnirin fəxri qonağı MMA üzrə dəfələrlə dünya və Avropa çempionu olan Fyodr Yemelyanenko bağlanış mərasimində çıxış edərək təşkilatçılara təşəkkür edib: “MMA Azərbaycanda sevilir. İdmanın bu növü ölkədə inkişafdadır. Bu amil bizi çox sevindirir. Avropa çempionatının təşkilatçılarına təşəkkür edirəm. Bu MMA üzə Azərbaycanda ən böyük yarış oldu. Fikrimcə gələcəkdə belə turnirlər Bakıda çox olacaq. Gənclər və İdman nazirliyinə təşkilatçılara göstərdiyi dəstəyə görə çox sağ ol deyirəm”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə