Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı liderləri avar klanı sıxışdırır – Özəl
Azərbaycanlı liderləri avar klanı sıxışdırır – Özəl
18 Noyabr 2014 / 10:08 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Dərbənddə Qurban Qurbanovun vəzifəsindən çıxarılmasından sonra situasiya əvvəlki kimi gərgindir. 

 Bu barədə axar.az-a Dərbənddəki mənbələrdən məlumat daxil olub. Mənbə Qurban Qurbanovun hələ də ev dustaqlığında qaldığını bildirib. Hazırda Yəhya Hacıyev administrasiyada öz komandasını yeniləyir. Bir müddət öncə o özünə yeni yardımçı da təyin edib. Bu, Yusif Qreyxanovdur və o, təsərrüfat məsələlərinə cavabdehlik daşıyır. Həmçinin, Yəhya Hacıyev bir müddət öncə “Derbendskaya İzvestiya” qəzetinin redaktoru Maqomed Xanmaqomedovu Qurban Qurbanovu dəstəklədiyinə görə kənarlaşdırıb. 

Mənbə hazırda azərbaycanlıların da burada iki qrupa bölündüyünü bildirib. Onun sözlərinə görə, əhalinin müəyyən hissəsi Qurbanovu, digərləri isə Hacıyevi dəstəkləyir. Sakinlər həmçinin əvvəllər kolxoz sədri olan Hacıyevin öz vəzifəsinə öyrəşənə qədər rayonda xaosun hökmran olacağını düşünür. Hacıyevi isə Dərbənd Şərab Zavodunun direktoru milliyətcə avar olan Maqomed Sadullayev idarə edir.

Qeyd edək ki, bir müddət öncə Qurban Qurbanov Ramazan Abdullatipov tərəfindən vaxtından tez istefaya göndərilmişdi. Daha sonra bölgəyə Prezident Administrasiyasının rəhbəri Ramazan Aliyevi göndərən Abdullatipov Qurbanovun əsas dayaqlarını zəiflətməyi bacarmış və buraya Yəhya Hacıyevi müvəqqəti rəhbər təyin etmişdi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə