Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilər helikopterin vurulduğu ərazidə təxribatlar törədirlər
Ermənilər helikopterin vurulduğu ərazidə təxribatlar törədirlər
18 Noyabr 2014 / 10:10 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdamda Azərbaycan hərbçiləri tərəfindən vurularaq məhv edilmiş Ermənistana məxsus hərbi helikopterin düşdüyü ərazini mütəmadi olaraq atəşə tutur, müxtəlif təxribatlar törədir. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı qeyd edib ki, məhz Ermənistan tərəfinin təxribat xarakterli atəşlərinin qarşılığında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açmaq məcburiyyətində qalır. Sonra isə ermənilər bütün dünyaya bəyan edirlər ki, guya meyitlərini ərazidən çıxara bilmirlər: “Axı onlar deyirlər ki, guya helikopterlər qondarma qurumun “hava məkanından” Azərbaycan tərəfinə keçməyiblər. Ermənilərin məntiqi ilə vurulan helikopter də onlara tərəf düşməli idi. Əgər belədirsə, onda niyə meyitlərini çıxartmaq istəmirlər? Çünki bu hadisə bizim mövqelərimizin tam yaxınlığında olub. Ən əsası isə erməni tərəfi həmişə olduğu kimi xeyli səs-küy yaratmaqla, beynəlxalq qurumların fikrini yayındırmaqla növbəti dəfə bu məsələdən öz maraqları üçün istifadə etmək istəyir”.

Xatırladaq ki, son günlər cəbhə xəttində atəşkəs rejiminin pozulması halları artıb. Atəşkəsin pozulması halları əsasən məhz cəbhənin Ağdam istiqamətində müşahidə edilir. Təkcə noyabrın 16-da cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 72 dəfə pozulub, ermənilər tərəfindən Ağdam rayonunun Şıxlar, Şuraabad, Kəngərli, Mərzili, Yusifcanlı, Baş Qərvənd kəndləri intensiv atəşə tutulub.

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. Ermənistan tərəfinin məlumatına görə. məhv edilmiş helikopterdə olan 3 hərbi qulluqçu həlak olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə