Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bağlanacaq bankların adları bəlli oldu – Pul fırıldağı…
Bağlanacaq bankların adları bəlli oldu – Pul fırıldağı…
18 Noyabr 2014 / 10:16 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

“Azərbaycanda nəzərdə tutulan 5 bankın bağlanması məsələsi bu il dekabrın 20-dək həllini tapacaq. Ümumiyyətlə, ölkədə bəzi bankların bağlanması yaxşı haldır.” Bunu iqtisadçı alim Oqtay Haqverdiyev deyib. O, banklar bağlandıqdan sonra əmanətin taleyinin necə olacağı ilə bağlı bildirib ki, Azərbaycanda bütün bankların əmanətçiləri var. Ölkə qanunvericiliyinə görə, 30 min manat həddində olan əmanətlər dövlət tərəfindən sığortalanır və bu məbləğin qaytarılmasında heç bir problem olmayacaq. 

İqtisadçı alim bu məbləğin daha da artırılması məsələsinə də toxunub: “Vaxtilə bu məsələ müzakirə olunub. Bu rəqəmin 10 min, 50 min, hətta 100 minə çatdırılması barədə təkliflər verilib. Lakin sonda Mərkəzi Bankın təklifi, yəni dövlət təminatının 30 min manat təşkil etməsi qərar alınıb. Bu əmsal ölkə üzrə banka ən az qoyulan əmanətlə ən çox qoyulan əmanətin adambaşına düşən gəlirə görə hesablanması nəticəsində alınıb. Fikrimcə, ən obyektiv elə bu metodikadır.”

O.Haqverdiyev vurğulayıb ki, əslində, dünya praktikasında hökumət bu işə qarışmamalıdır. Hər bank özü bunu müəyyənləşdirir. Hüquqi və fiziki şəxslər özləri özlərini sığortalayırlar. Sonda bankla bağlı problem yarandıqda məsuliyyət bankın üzərinə düşür. Məsələn, Rusiyada 2-3 bankdan başqa, əksəriyyəti kriminal banklardır. Rusiyada dövlət təminatı 25 min dollardır. Amma sivil ölkədə dövlət bu işə qarışmır.

Onun sözlərinə görə, Azərbaycanda ən çox 15-17 bank olmalıdır. Pul dövriyyəsini, xarici ticarəti nəzərə alsaq, bu, kifayət edir. Bank sistemini idarə etmək, müəyyən təlimatlar vermək, pul-kredit siyasətini tənzimləmək üçün Mərkəzi Bank dövlətin himayəsində olmalıdır. İndi özəl bankların nizamnamə kapitalı 50 milyon mantdır. Bu, çox azdır və fikrimcə, bu rəqəm 1 milyard manat olmalıdır.

O.Haqverdiyev dövlət banklarına qoyulan vəsaitin həcminin özəl banklara nisbətən azalmasına da münasibət bildirib: “Fikrimcə, azalma yaxşı hal deyil. Bunun müxtəlif səbəbləri ola bilər. Birincisi, əhalinin gəliri və xərcləri olur. Əhali xərcin artamsı ilə əlaqədar pulu banklara qoya bilmir. Bu xərc infilyasiya hesabına arta bilər. İnsan banka əlavə əmanət qoyur ki, nəsə qazansın. Ötən onillik dinamikaya baxdıqda, bunu təbii qarşılamaq olar. Çünki əmanət qoyuluşu ayrı-ayrı illərdə 5-6 faiz, hətta 20 faizədək artıb. İndi özəl bankla müqayisə etdikdə dövlət bankına qoyulan əmanətlərin həcmində azalma var. İnsanlar özəl banka daha çox meyl göstərirlər. Çünki faiz dərəcəsi özəl banklarda daha yüksəkdir. Məsələn, Beynəlxalq Bankda faiz dərəcəsi 7-8, kommersiya banklarında 15 faizə qədər artır.”

Dövlət Statistika Komitəsinin məlumatına görə, dövlət banklarına qoyulan vəsaitin həcmi özəl banklara nisbətən azalıb. Belə ki, bu ilin doqquz ayında əhalinin ölkə banklarına qoyduğu əmanətin ümumi məbləği 6 milyard 992,8 milyon manat, ötən ilin eyni dövründə isə 6 milyard 90,1 mulyon manat olub. Bu, ötən illə müqayisədə 114%, yəni 902,4 min manat artım deməkdir. Bunun 2545,8 milyonu xarici valyuta, 4447,0 milyonu milli valyuta ilə qoyulub.

Ümumi məbləğdən özəl banklara 5378,7 milyon manat qoyulub. Bu, ötən illə müqayisədə 118,3%, yəni 831,3 min manat çox deməkdir. Dövlət banklarına isə 1614,1 milyin manat qoyulub ki, bu, ötən illə müqayisədə 104%, yəni 71,1 min manat yüksəkdir. Xatırladaq ki, Azərbaycanda infilyasiya 2 faizə yaxındır. Ölkədə fəaliyyət göstərən 44 bankdan 40-ı özəldir, 4-ü isə xarici banklarala birgə çalışır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə