Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İtirən Müsavat Partiyası oldu”
“İtirən Müsavat Partiyası oldu”
18 Noyabr 2014 / 10:34 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Müsavat Partiyasının tanınmış üzvlərindən Hikmət Hacızadə partiyadan istefa verib. H.Hacızadə partiyada söz azadlığının kobud şəkildə pozulmasına və fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verdiyini bəyan edib.

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Hikmət Hacızadənin istefasını Müsavat Partiyası üçün ağır itki kimi dəyərləndirib: “Hikmət bəy Müsavatda başlayan repressiyaları dayandırmağa cəhd etsə də, özü onun ən böyük qurbanı oldu. İtirən Müsavat oldu. Bu, çox ağır itkidir. Hələ zaman-zaman bu itkinin ağrısını yaşayanda onun miqyasını dərk edəcəyik. İnanırıq ki, tezliklə partiyamızda ədalət bərpa olunacaq, represiyalara son qoyulacaq, heç kim dediyi sözə, ifadə etdiyi fikrə görə cəzalanmayacaq”.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər, həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıblar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə