Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident: “Mənim də nikahım orada qeydiyyata alınıb”
Prezident: “Mənim də nikahım orada qeydiyyata alınıb”
18 Noyabr 2014 / 10:53 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İlham Əliyev “Saədət” sarayının tarixindən danışıb

Azərbaycan “Mənim də nikahım “Səadət” sarayında qeydə alınıb”. Bunu “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edən prezident İlham Əliyev deyib.

Prezident Qafqazda sabitliyin, təhlükəsizliyin, inkişafın möhkəmləndirilməsi işində rolunuza görə minnətdarlığımı bildiribO, bildirib ki, adıçəkilən konfrans Murtuza Muxtarovun evində keçirilir. O, Azərbaycanın ən zəngin adamlarından biri və mesenat olub. Bu evi də o, həyat yoldaşına hədiyyə kimi inşa etdirib.

“Onun həyat yoldaşı Osetiyadan idi. O, həmçinin öz vəsaiti hesabına Vladiqafqazda məscid tikdirib. O, çox ləyaqətli insan idi. Faciəvi şəkildə həlak olub. Bolşevik inqilabından sonra əsgərlər onun evinə soxularaq, onu öz evindən çıxarmaq istəyirdilər. Çünki Bakının əksər tarixi binalarını varlı insanlar tikdiriblər. Onların əksəriyyəti ləyaqətli insanlar idi. Onlar sərmayə qoyaraq məktəblər, xəstəxanalar inşa etdirirdilər. Bizim indiyədək istifadə etdiyimiz Şollar su kəməri varlı adamlardan biri və mesenat Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilib. O zaman Murtuza Muxtarov quldurlara mənzilini ləkələməyə imkan vermədi. Silahı çıxararaq hücum edənlərin bir neçəsini məhv etdi və özü də həlak oldu. Əhvalat bax belə olub.

Sovet dövründə, təbii ki, hər şey milliləşdirilib. Orada müxtəlif kontorlar fəaliyyət göstərib. Sonra ora nikah evi kimi fəaliyyət göstərərək “Səadət” sarayına çevrilib. Mənim də nikahım orada qeydiyyata alınıb. Sonralar bu ev pis vəziyyətə düşmüşdü”.

Dövlət başçısı biz bir neçə il ərzində oranın bərpa edildiyini deyb. Çünki binanın tarixi hissəsini qoruyub saxlamaq və yeniləşdirmək lazım idi. İndi bura, həm də nikahların qeydə alındığı saray kimi fəaliyyət göstərir. Burada rəsmi nikah mərasimləri, həmçinin müxtəlif dövlət tədbirləri keçirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə