Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qubad İbadoğluna şok ittiham: “Hakimiyyətlə sövdələşib”
Qubad İbadoğluna şok ittiham: “Hakimiyyətlə sövdələşib”
18 Noyabr 2014 / 11:55 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında (MSŞAK) baş verən yeni proseslər diqqət çəkir. Sosial şəbəkədə başlanan yeni dartışmaya start verənlərdən biri MSŞAK üzvü, Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov olub.

“Yeni Müsavat” yazır ki, onun iddiasına görə, bir müddətdir ki, Qubad İbadoğlunun Neft Fondunun rəhbərliyi ilə intensiv məsləhətləşmələr aparmasından xəbərdar olub və Myanmarda başlanan sövdələşmə artıq nəticəsini verməyə bağlayıb: “Neft Fondu qərara gəlib ki, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünü Qubad bəyə bağışlasın və qalan təsisçilər isə yavaş-yavaş uzaqlaşdırılsın. Şahmar müəllim bu barədə mən hələ ÇQ üzvü olanda demişdi. O bildirmişdi ki, Koalisiya mandatından kənara çıxır (mən bu fikirlə tam razıyam son illər bu koalisiya Müsavat və AXCP-nin əlində marionetka olub). Mən də dəfələrlə bu barədə çıxışlar etmişəm.

Amma koalisiya daxilində bu qarşıdurmaların başında həmişə Qubad İbadoğlu dururdu. İndi hər şey aydındır. İndi də HSŞT Koalisiyasını ələ keçirmək yolunu tutub. Rəsmi bəhanəsi də budur ki, bu təşəbbüsün Şahmar Mövsümovdan gəldiyini və koalisiyanın Qubad İbadoğlunun adına QHT kimi qeydiyyatdan keçirməyə söz verdiyini bildirir. Məsələ ondadır ki, koalisiyanı ilk təsis edən 25 təşkilatdan biri də mənim təmsil etdiyim təşkilatdır. İndi koalisiyanın 140-dan çox təsisçisi var. Mən vaxtilə seçim qrupunun rəhbəri və Çoxtərəfli Qrupun üzvü olmuşam. HSŞT haqqında qanun layihəsinin müəllifiyəm. İndi Qubad İbadoğlu koalisiyanı özəlləşdirir və bunu Neft Fondunun tapşırığı ilə etdiyini utanmadan yazır. Onunla bağlı hər şey aydındır. Amma mən susan deyiləm”.

Bu ciddi iddaya Q.İbadoğlunun da cavabı gecikməyib. O, S.Məmmədova elə eyni sosial şəbəkə vasitəsilə cavab verib. Q.İbadoğlu öncə yazıb ki, bəzi fədakar müsavatçıların koalisiya üzvləri olan və hökumətin onun əleyhinə danışdırdığı şəxslərin apardığı təbliğata qoşulmasından təəssüf hissi keçirir: “Siz orda nə baş verdiyini həmin Koalisiyanın müsavatçı üzvləri qədər yaxından bilmirsiniz. Odur ki, bu məsələdə onların yazdıqlarına və şərhlərinə diqqət yetirin. Hər yetənin, illər öncə Müsavatı tərk edənlərin əleyhimizə olan kampaniyasına kor-koranə qoşulmayın. Məsələ burasındadır ki, Myanmarda hökumətin arzulamadığı qərar verildi (həmin qərarı da oxuyun, onun linkini şərh bölməsində yerləşdirəcəm).

Məhz Myanmarda Beynəlxalq İdarə Heyətinin verdiyi həmin qərardan sonra hökumət bəyanatla çıxış etdi ki, bu qərar bizə təzyiqdir və ona görə də Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (MSŞT) çıxa bilər. O zaman həmin adamlar məni suçlayırdı ki, siz Myanmarda ölkənin əleyhinə qərarlara rəvac vermisiniz, MSŞT-dən Azərbaycanın çıxmasına şərait yaratmısınız.

İndi isə müzakirə olunan məsələyə aydınlıq gətirmək istəyirəm. MSŞT Koalisiyasının Şurası qərar verib ki, yaranmış vəziyyəti müzakirə etmək üçün Şahmar Mövsümovla görüş keçirilsin, çünki o MSŞT üzrə hökümət komissiyasının sədridir. Görüşdə 6 nəfər Şura üzvü iştirak edib, vətəndaş cəmiyyətində yaranmış problemlər müzakirə olunub və Koalisiya üzlərinin bank hesablarına həbs qoyulduğuna görə çıxış yollarından biri kimi yeni ictimai birlik yaradılması təklif olunub. MSŞT Koalisiyasının Şurası da bu təklifi müzakirə edib, səsvermə nəticəsində qərar verib ki, 3 nəfərdən ibarət təsisçi qrup bu işlə məşğul olsun, yeni ictimai birliyin sənədlərini hazırlayıb Ədliyyə Nazirliyinə versin”.

Q.İbadoğlu yazıb ki, o təşkilatın qeydiyyata alınıb-alınmayacağı hələ bilinmir. İqtisadçınının bildirdiyinə görə, rəhbərlik etdiyi və 1999-cu ildən qeydiyyatdan olan, adlı-sanlı və dünya şohrətli İqtisadi Tədqiqatlar Mərkəzi avqustun sonundan bank hesablarına həbs qoyulmasına görə fəaliyyətini dayandırıb: “İndiki şərtlərlə yeni yaradılan təşkilatı işlətmək o qədər də asan olmayacaq. Amma buna baxmayaraq, sizə məlum olan Koalisiya üzvləri ona görə səs-küy salırlar ki, birincisi təsisçilərin siyahısına onlar daxil edilməyib, ikincisi də onlar Koalisiyanı da parçalayıb hökümətin nəzarətinə vermək istəyirlər”.

Q.İbadoğlu bu məlumatı Koalisiyanın email qrupunda da paylaşıb. S.Məmmədov isə Q.İbadoğlunun bu yazdıqları ilə razılaşmayıb və aşağıdakıları yazıb: “Qubad bəy, mən sizin hökumət nümayəndələri ilə intensiv və seperat sövdələşmələr apardığınızı bilirdim. Onu da bilirdim ki, sizə siyasi məğlubiyyətdən sonra hansısa yeni pozisiya verilməlidir. İndi 3 nəfər 140 nəfərin təsisçisi olduğu təşkilata sahib olmaq istəyirsiz. Bu, qanuna ziddir. Mən şəxsən buna yol verməyəcəm. MSSA-ni təsis edənlərdən biri də mənəm. Ola bilər siz burda hamıya yazasız ki, hər şey yerində qalacaq filan. Boş şeydir. Mən axı MSSA ilə bağlı qanun layihəsini hazırlayarkən bütün təcrübəni öyrənmişəm. Liberiya və Nigeriyada -5-6 təsisçi var. Onlar da çoxtərəfli qrupda təmsil olunur. Başqa heç nə yoxdur.

Burda da bir müdddət Şura filan olacaq sonra onların heç bir hüquqi satusu olmadığı üçün unudulacaqdır”.

S.Məmmədov bildirib ki, bu, onların yaratdığı təşkilatı oğurlamaqdır. Onun iddiasına görə, vaxtilə Anar Məmmədli də belə edib…



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə