Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycan lazım bilsə, helikopterdəkilərin meyitinin götürülməsinə icazə verəcək”
“Azərbaycan lazım bilsə, helikopterdəkilərin meyitinin götürülməsinə icazə verəcək”
18 Noyabr 2014 / 13:31 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Firudin Sadıqov: “Ermənilər Anjey Kaspşikə yalvarırlar, lakin onun elə səlahiyyəti yoxdur”

“Azərbaycan lazım bilsə, helikopterin vurulması nəticəsində ölmüş erməni pilotların meyitinin götürülməsinə icazə verəcək”. Bunu Ermənistan-Azərbaycan , Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir” mövzusunda keçirilən tədbirdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyib.

Ermənilərə məxsus helikopterin vurulması barədə danışan İşçi Qrup rəhbəri qeyd edib ki, həmin helikopter Azərbaycan ərazisində vurulub: “Meyitlər orada qalıb və heç bir tərəfdən götürmək mümkün olmayıb. Ermənilər Anjey Kaspşikə yalvarırlar. Lakin onun elə bir səlahiyyəti yoxdur. Azərbaycan lazım bilsə, buna icazə verəcək”.

Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı vəziyyətə toxunan F. Sadıqov bunları deyib: “Bir adam analiz eləmir ki, axı bunlar nə etmişdilər? Onlardan biri də Həsən idi ki, onu öldürüblər və meyitini uzun müddət saxladılar. Bütün beynəlxalq təşkilatlar təəccüblənirdilər ki, ermənilər niyə belə edirlər? Ölən şəxsin şəxsiyyət vəsiqəsi, hansı məktəbdə oxuması, harada işləməsi barədə məlumatlar tələb edirdilər. Ermənilər Şahbazla Dilqəmin 17 yaşlı uşağı öldürdüklərini iddia edirlər. Guya həmin uşağın meyitini sonra uzaq bir məsafəyə aparıblar. Axı dağlıq bir ərazidə, texnika olmayan bir yerdə meyiti necə daşımaq olar? Əgər onlar ermənilərin dediyi kimi diversant olsaydılar hansısa hərbi hissənin şəklini çəkərdilər, nəsə dəlil olardı. Casus vətənini satan adama deyərlər. Onlara casus demək düzgün deyil”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə