Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bazar olmasın!
Bazar olmasın!
18 Noyabr 2014 / 13:53 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Son günlər bəzi dostlarımız (ekspertlər) Azərbaycanın daşınmaz əmlak bazarının Rusiyadan, orada yaşayan həmyerlilərimizdən asılılığını qabardaraq, bazardakı tələbin təqribən üçdə birini məhz bu qrupun üzərinə yönəldirlər.

Eyni zamanda, heç bir iqtisadi əsaslandırma olmadan sırf məntiqi yanaşma ilə daşınmaz əmlak bazarındakı vəziyyəti qiymətləndirib nəticəyə gəlir, hətta proqnoz verirlər. Bundan başqa mənzil bazarının neftdən asılılığını ön plana çəkib bu amilin qiymətə mənfi təsir göstərəcəyini və bunun nəticəsindən asılı olaraq qiymətlərin azalacağını, artıq azalmağa başaldığını deyirlər. Bu cür məntiqi yanaşmalar daşınmaz əmlak bazarında fəaliyyət göstərən xüsusi qruplar, fərdlər üçün əlavə spekulyasiya imkanları yaradır və mülkiyyətçilərin, istehlakçıların imkanlarını məhdudlaşdırır. Əslində isə vəziyyət tam fərqlidir: 

Əmlak Ekspert Mərkəzinin direktoru, tanınmış ekspert Ramil Osmanlı öz facebook səhifəsində bazarı təhlil edib.

1. Azərbaycanın daşınmaz əmlak bazarının Rusiyadan (Rusiyada yaşayan azərbaycanlı iş adamları və sahibkarlardan) asılılıq mifi 2008-ci ildə baş verən isqtisadi böhran nəticəsində dağıldı. O dövrə qədər daim artan qiymətlərin qısa müddət ərzində kəskin azalması bu bazarda da risklərin və itkilərin baş verməsinin mümkünlüyünü ortaya qoydu. Bununla da Rusiyada ağır şəraitdə qazanılan pulların Azərbaycanın daşınmaz əmlak bazarına yatırılması tendensiyası xeyli azalmış oldu. Aparılan tədqiqatlar göstərir ki, son illərdə Rusayadan daxil olan alıcı kütləsi bazardakı ümumi alıcıların 10%-dən aşağıdı;

2. Ölkəmizdə, son iki il ərzində baş verən sıçrayışlı qiymət artımında neft amilinin rolunu düşünənlər yanılırlar. Daşınmaz əmlak qiymətlərinin daha kəskin azaldığı 2010-2011-ci illərdə neftin 1 barelinin qiyməti indiki qiymətlərdən daha yuxarı idi, həmçinin neft hasilatının da həmin illərlə müqayisədə aşağı düşdüyünü müşahidə etməkdəyik. Yəni ölkənin neft gəlirləri daşınmaz əmlak qiymətlərinin sürətlə azaldığı 2010-2011-ci illərdə (2 ilə 2 dəfəyə yaxın) il ərzində 19.5% qiymət artımı olan 2014-cü illə müqayisədə daha çox olub;
3. Son iki il ərzində baş verən qiymət artımında ipoteka kreditlərinin təsiri nəticəsində bazara pul axınının sürətləndiyi qənaətində olanlar da yanılırlar. Çünki ipoteka əmlakın qiymətinin kəskin azaldığı 2010-2011-ci illərdə daha aktiv idi, eyni zamanda mənzil əlçatanlığı və ipoteka şərtlərinin bazar qiymətlərinə adekvat olduğu dövr də artıq arxada qalıb. 

İpoteka kreditləri nəticəsində illik pul axınlarının göstəricilərində nəzərəçarpacaq dəyişikliklər qeydə alınmayıb;

4. Son iki il ərzində baş verən kəskin qiymət artımlarının əsas səbəbi Bakı və ətraf ərazilərdə baş verən söküntü bumu nəticəsində bazara əlavə pul kütləsinin daxil olması ilə bağlı olub. Bunu əsaslandıracaq ən ciddi səbəb seqmentlər üzrə baş verən qiymət artımları arasındakı kəskin fərqdir. Belə ki, söküntüyə ayrılan vəsaitlər bir qayda olaraq yenidən mənzil və torpaq bazarlarına yönəldiyindən qiymət artımları da bu iki seqmentdə daha dinamik olub. Məsələn 2014-cü ilin ötən 9 ayı ərzində mənzil qiymətlərində (təkrar bazar) 19.9%, torpaq bazarında 16.4%, qeyri-yaşayış sahələri seqmentində isə cəmi 8.7% qiymət dəyişməsi baş verib. Tikinti materiallarının qiymətində ciddi artım müşahidə olunmayıb. Kirayə bazarında isə, bu bazarda təklif portfelini formalaşdıran 1 və 2 mərtəbəli fərdi yaşayış evlərindən ibarət yaşayış massivlərində söküntünün sürətlənməsi (Sovetskiy, Böyük şor, Ağ şəhər, Bayıl və digər ərazilər) nəticəsində tələbin təklifi üstələməsi nəticəsində qiymət 25%-dən çox artıb;

5. Azərbaycan, daşınmaz əmlak bazarında nəzəri-iqtisadi prinsiplərin işləmədiyi unikal bazarlardan sayılır və burada bazardakı vəziyyət tələb və təklifə görə dəyişmir. Bundan başqa yeni tikililərdə qiymət siyasəti marketinq yolu ilə deyil, “havadangötürmə” əsaslarla həyata keçirilir. Sahibkar tikir, xərcləyir, amma satmır, satmaq istəmir, gəlir götürmür. Kifayət qədər kənar maliyyə resursları olduğuna görə! Mənzilə olan tələbat yüksək olsa da tələb formalaşdıra bilmirik, çünki tələbatı olan təbəqənin maliyyə imkanları bazar qiymətlərinə adekvat deyil…

Tədqiqatlar göstərir ki, aprel ayından bu yana bazarda ciddi qiymət artımları olmasa da, azalma da yoxdur, xüsusən də mənzillərdə:

– Qiymət azalmasına nail olmaqdan ötrü söküntü hesabına bazara nəğd pul axınını dayandırmaq üçün alternativ variantlar tapılmalıdır. Ən optimal variant şəhərə qismən yaxın olan ərazilərdə dövlət vəsaiti hesabına mənzillərin, fərdi yaşayış evlərinin tikintisi aparılmalı və dövlət ehtiyacları üçün köçürülmə zamanı sakinlərə həmin tikililər verilməlidir;

– Yeni tikililərdə qiymət siyasətinə dövlət tərəfindən nəzarət olunmalı, mənbəyi olmayan ödənişlər (görünməyən, digər xərclər) aradan qaldırılmalı, zərurət olarsa mənzil təminatına nail olmaq üçün müəyyən bir dövrdə dövlətin təkliflərini dəstəkləyən tikinti şirkətlərinə imtiyazlar verilməlidir;

– Qanunvericilikdə nəzərdə tutulmuş “Sosial mənzil fondu”nun yaradılması istiqamətində addımlar atılmalı, dövlət bu istiqamətə vəsait ayırmalıdır;

– Şəhərsalma ilə bağlı dövlət tədbirləri yalnız paytaxtın mərkəzi ilə məhdudlaşmamalı, paytaxtdankənar ərazilərə, həmçinin regionlara daha çox diqqət ayrılmalıdır.

Bunlar olmadan ciddi qiymət azalmasını gözləmək yersizdir. Çünki, hökumətin siyasəti neftin qiyməti 50 dollara düşsə belə (baxmayaraq ki, bu mümkün deyil) 2020-ci ilə qədər söküntü işlərini daha da mütəşəkkil şəkildə həyata keçirmək, şəhərsalma ilə bağlı tədbirləri sürətləndirməkdən ibarətdi. Söküntülər davam etdikcə isə qiymət azalması mümkün görünmür.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə