Bizimxeber

Online informasiya portalı

Bakıda niyə qar yağmır? – Ekoloq açıqladı

51570 oxunma | Tarix: | 5 ay öncə

“Elm və texnologiyanın inkişafı, buna paralel olaraq ətraf mühitə antropogen təsirlərin çox şaxəli olaraq artması Qlobal istiləşməni yaradan ən əsaslı faktorlardan biridir”.

Bu sözləri ekoloq Talıb Bağırov ölkəmizdə qış mövsümün anormal şəkildə keçməsini, bakıya və bir sıra rayonlara qar yağmamasının səbəbini izah edərkən deyib. 

“İstiləşmə qlobal olsa da, həm də lokal xarakter daşıyır. Təbii ki, gedən proseslərdən Azərbaycan da kənarda qalmayıb. Əgər dünyada orta temperatur 100 ildə 0,8 dərəcə artmışsa, bu göstərici Azərbaycanda 0,4 -1,3 dərəcə arasında dəyişir. Bunun nəticəsidir ki, son illər anomal iqlim dəyişiklikləri ardıcıl olaraq müşahidə olunur. Yazda soyuq hava, qışda yaz havası buna bariz nümunədir”, – mütəxəssis qeyd edib.

Talıb Bağırovun sözlərinə görə, Qlobal istiləşmənin qarşısını almaq üçün görülən tədbirlərə Azərbaycan da qoşulur: “İqlim dəyişikliklərinə, istixana effektinin yaranmasına səbəb olan antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir. Bu qazlar da istər sənayedə, istər məişətdə, istər kənd təsərrüfatında yaranır və bu sahələr genişlədikcə Qlobal istiləşmənin yaratdığı sel daşqınları, meşə yanğınları, iqlim dəyişilmələrinin faiz nisbəti getdikcə artacaqdır.
Qlobal istiləşmənin qarşısıni almaq məqsədilə dünyada bir cox tədbirlər görülür, beynəlxalq sazişlər imzalanır. Azərbaycan da bu sazişlərdən bir neçəsinə qoşulub. Misal olaraq, Kioto protokolunu, Paris sazişini göstərmək olar.
Son olaraq, ekologiya haqqında mütaliyə zamanı qarşıma çixan bir cümləni qeyd etmək istərdim: “Təbiətlə insan arasında olan amansız mübarizəni sonda insan qazansa da, məğlub olan da insan olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir