Bizimxeber

Online informasiya portalı

Banklarda dollar satışında vəziyyət necədir?

5110 oxunma | Tarix: | 5 ay öncə
“Satışda dollar var. İş saatı 17:00-da bitir. Ona kimi istəlinən müştəri bankın filiallarına yaxınlaşa bilər” .
Əmrahbank isə satışda dolların olmadığını deyib:  “Satışda dollar yoxdur. Dünən də olmayıb. Bu gün dolların satışda olub-olmayacağı ilə bağlı heç bir məlumata malik deyilik”.
Muğanbankda da hazırda satışda dolların olmadığını bildirdilər: “Deyiblər ki, saat 12:00-dan sonra olacaq. Həmin saatdan sonra əlaqə saxlayın”.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev mətbuata açıqlamasında dollar satışı ilə bağlı heç bir problemin olmadığını açıqlayıb. Sədr “Azərbaycandakı banklar adi gücləndirilmiş iş rejimində işləyirlər. Müştərilərdən gələn bütün tələbləri qarşılamağa çalışırlar və qarşılayırlar. Hər hansı məhdudiyyət yoxdur və olmayacaq”, – – deyə vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir